Bakıdakı ADA Universitetində multikulturalizmə həsr olunmuş “Mədəniyyətləri birləşdirən ölkə” konfransı keçirilir. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Konfransda Azərbaycanda yaşayan müxtəlif etnik qruplara, onların adət-ənənələrinə həsr olunmuş film təqdim olunub. Tədbir zamanı Gənclər Təşkilatları Milli Şurası tərəfindən ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələrinə həsr olunmuş elektron jurnal da təqdim olunub.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə konfransda giriş nitqi ilə çıxış edib.

ADA Universitetində “Mədəniyyətləri birləşdirən ölkə” adlı konfransı keçirilir
Foto Report.az