Bakıda və ölkə ərazisində silahların könüllü təhvil verilməsi davam edir. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Belə ki, paytaxtda və respublikanın digər ərazilərində ümumilikdə 2 ədəd avtomat, 2 ədəd qumbara, 4 ədəd trotil şaşka, 184 ədəd döyüş sursatı, 7 ədəd alışdırıcı, 16 fişəng, 7 patron darağı, 76 ədəd müxtəlif çaplı patron və 31 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürülüb.
Keçirilən əməliyyat nəticəsində qanunsuz saxlanılan 1 avtomat, 1 patron darağı, 10 ədəd patron və 12 ədəd ov tüfəngi aşkar edilib.