Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində vətəndaşdan içərisində qızıl-zinət əşyaları və sənəd olan çanta oğurlanıb. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Hadisə ötən gün baş verib. Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini A.Şirinov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.