Bakının Heydər Əliyev Sarayında Karl Cenkinsin “Sülh messası” oratoriyası səhnəyə qoyulacaq. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az məlumat verir.
Oratoriya janrındakı əsər müasir dövrün ən çox axtarılan bəstəkarlarından biri, “Avatar” filminin saundtrekinin həmmüəlliflərindən biri olan Karl Cenkins tərəfindən yazılıb.
“Sülh messası” genişmiqyaslı müharibə əleyhinə əsərdir. O, İncil məzmuru, müsəlman duası, qriqorian nəğməsi, Amerika musiqisi və Şərq və Cənubi Amerika xalqlarının musiqisi, qədim və müasir melodiyalar istifadə olunaraq müharibəyə qarşı çıxış edir.
Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının orkestri, Azərbaycan Dövlət Xor kapellası, Mendeleyev adına birləşmiş Xor Konqressi (Rusiya), solo ifaçısı kimi Fatimə Cəfərzadə əsəri təqdim edəcəklər.
Biletlər artıq satışdadır, qiymətləri 10-35 manat arasında dəyişir.