Bakının Nərimanov rayonunda taxta emalı sexində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Ümumi sahəsi 60 kv.m olan sexin içərisində taxtakəsən dəzgah və dəzgahın ətrafında olan taxta yonqarı alışıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar, sexin qalan hissəsi alovdan mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.