İraqın prezidenti İçərişəhərdə olub. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycanda rəsmi səfərdə olan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid İçərişəhərlə tanış olub. Ali qonaq tarix-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksini ziyarət edib.
Həmçinin prezidentə İçərişəhərdə aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Sonda Əbdüllətif Camal Rəşid burada isti təndir çörəyinə qonaq edilib.