Magistral qaz kəmərlərində görüləcək təmir işləri ilə əlaqədar sabah, 22 noyabr tarixində qaz təchizatında məhdudiyyət olacaq. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az ”Azəriqaz” İB-yə istinadən məlumat verir.
Saat 09:00-dan “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” QPS-lərdən qazın verilişinin dayandırılması planlaşdırılır.
Təmir işləri zamanı Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi və Binəqədi rayonunun 28 May qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.