Bakının Sabunçu rayonunda yerləşən kafedə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Ümumi sahəsi 80 kv.m olan kafenin mətbəxində olan əşyalar 8 kv.m sahədə və 1 soyuducu yanıb. Əlavə olaraq yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 12 kv.m sahədə əriyib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.