Bakı şəhərinin Suraxanı rayonunda, Qum adası adlanan ərazidə dəniz sahilində naməlum kişi meyiti aşkar olunub. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Kişinin boyu 160-165 santimetrdir, orta bədən quruluşlu, qarasaçlıdır. Xüsusi əlamət kimi burnunda çapıq izləri qeyd edilir. Tapılan zaman kişinin əynində üst geyimi olmayıb.

Bu şəxs barədə hər hansı məlumat əldə edən və yaxud onu tanıyanlardan DİN-in “102” Xidmətinə və ya Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-02, 012-433-38-12 nömrələrinə zəng etmələri xahiş olunur.