Xətai rayonunda yeznəsini bıçaqlayan şəxsə hökm oxunub. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 33 yaşlı O.Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə cari ilin mart ayında baş verib. Təqsirkar bacısı ilə yaranan problemi aydınlaşdırmaq üçün yeznəsi olan Y.Hüseynovla görüşüb. Nəticədə mübahisə bıçaqlanma ilə yekunlaşıb.

Bıçaqlanan şəxs hadisə vaxtı Müdafiə Sənayesi Nazirliyinin mühafizəçisi vəzifəsində çalışırdı.