Sabunçu rayonu, Zabrat qəsəbəsində yanğın başlayıb. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Hadisə qəsəbədəki “Ayxan market” mağazasının yaxınlığında qeydə alınıb. Ərazidə yerləşən mağazalardan biri alışıb. Alov ona bitişik olan ev alqı-satqısı ofisinə də keçib. Nəticədə hər 2 obyekt içərisində əşyalarla birgə yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.