Bu gün günorta saatlarında “Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarlarda gecikmə olub.
Bakuplus.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakuplus.az-a açıqlamasında faktı təsdiqləyib.
Onun sözlərinə görə, qatarda heç bir nasazlıq yoxdur:
"Hazırda 1-ci və 2-ci dərs növbələri arasında metro pik saatdır. Bu saatlarda "Nərimanov","Gənclik","28 May","Elmlər Akademiyası" stansiyalarında sərnişin sıxlığı olur. Ehtiyat qatar bu zaman xəttə buraxılır. Sərnişin sıxlığı səbəbi ilə qatarların gecikməsi baş verir. Hazırda metropolitendə gündəlik monitorinqlər aparılır. Texniki baxımdan nasazlıq yoxdur”.
Fidan İlqar