obyektində nöqsanlar

Bakıda daha bir su emalı obyektində nöqsanlar tapılıb

Bakıda daha bir su emalı obyektində nöqsanlar tapılıb

Sahibkar məsuliyyətə cəlb olunub
Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 21 ünvanında yerləşən su emalı müəssisəsində yoxlamalar aparılıb. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyi istinadən xəbər verir.

Yoxlama zamanı obyektin qeydiyyatdan keçmədiyi, sanitar qaydalarına riayət olunmadığı, eləcə də işçilərə soyunub-geyinmə otağının yaradılmadığı və onlara xüsusi iş geyiminin verilmədiyi məlum olub.

Bundan əlavə, obyektdə havalandırma sisteminin də olmadığı, dezinfeksiya işlərinin aparılmadığı və məhsulların markalanmadığı aşkarlanıb.

Məsələ ilə bağlı sahibkar məsuliyyətə cəlb olunub. Yoxlamalar davam edir.

Daha ətraflı »