top
Prezident Azərbaycan gənclərini təbrik edib
02 fevral 2026, 10:34
- +

Prezident Azərbaycan gənclərini təbrik edib

Prezident İlham Əliyev 2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının bununla bağlı müraciətində gənclərə möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl gənclərimizin geniş və açıq müzakirə tribunasına çevrilmiş ilk ümumrespublika gənclər forumunun keçirildiyi günün ölkəmizdə Gənclər Günü kimi qeyd olunması ənənəsi və bu cür forumların müntəzəm təşkili sübut edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən onilliklər ərzində icra olunan dövlət proqramları nəticəsində gənclərin fərdi inkişafı və ictimai-siyasi fəallığının artması üçün əlverişli zəmin yaranmış və dövlət quruculuğunda onların rolu daha da güclənmişdir.

Sevindirici haldır ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən, intellektual gənc nəsil formalaşmışdır. Sizlər bu gün iqtisadiyyatdan elm və mədəniyyətə qədər bütün sahələrdə dövlətimizin qüdrətini artıran bir qüvvəsiniz. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, zəngin mədəni irsimizin qorunması və beynəlxalq aləmdə tanıdılması yolunda atdığınız hər addım xalqımızın ümumbəşəri ideallara sadiqliyinin ifadəsidir.

Dövlətimizin yaratdığı hərtərəfli şəraitin və aşıladığı vətənpərvərlik ruhunun nəticəsidir ki, Azərbaycan gəncliyi üçün böyük imtahan olan 44 günlük Vətən müharibəsində gənclərimiz misilsiz rəşadət göstərdilər. 30 illik işğala son qoyaraq xalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirən qəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil etmişdir. Bu Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir.

Əminəm ki, müasir tariximizin yeni intibah dövründə də Azərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisi ilə dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcəkdir", - deyə müraciətdə qeyd olunub.

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 18:00

DİN əməliyyat keçirib, narkoşəbəkə üzvləri həbs edilib - VİDEO

Aktual Xəbərlər
Dünən, 17:20

Kanalizasiyaya düşüb ölən Cümşüdün anası: "Oğlumun 3-də bunlar bağda yeyib-içirdilər"

Aktual Xəbərlər
Dünən, 16:20

Fövqəladə Hallar Nazirliyi gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Aktual Xəbərlər
Dünən, 15:20

Dövlət qulluğu üzrə test imtahanları keçiriləcək

Aktual Xəbərlər
Dünən, 14:20

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

Aktual Xəbərlər
Dünən, 13:25

Sabah Bakıya qar yağacaq

Aktual Xəbərlər
Dünən, 13:20

BDYPİ: Piyada keçidlərinə yaxınlaşarkən daha diqqətli olun

Aktual Xəbərlər
Dünən, 12:20

Bakıda metronun qarşısında İNSİDENT: Bıçaqlanan var

Aktual Xəbərlər
Dünən, 11:20

DTX: Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaş həbs edilib

Aktual Xəbərlər
Dünən, 10:20

Bakıda gənc oğlan dava zamanı bıçaqlanıb

Aktual Xəbərlər
Dünən, 09:51

Məşhur şirkətləri gizli reklam edən meyxanaçılar

Aktual Xəbərlər
Dünən, 09:19

Novxanı-Masazır-Saray yolu nə vaxt istismara veriləcək?

Aktual Xəbərlər
02 fevral 2026, 18:00

Məşhur kulinar borca görə məhkəməyə verilib

Aktual Xəbərlər
02 fevral 2026, 17:30

"Xaliq Faiqoğlu"nun sürücüsü sərnişinləri acıladı: "Xoşun gəlmir, minmə"

Aktual Xəbərlər
02 fevral 2026, 16:30

BDU-nun müəllimi vəfat etdi

Aktual Xəbərlər
02 fevral 2026, 15:51

Sabah 12 dərəcə isti olacaq - PROQNOZ

Aktual Xəbərlər
02 fevral 2026, 14:20

BDU-nun tələbəsi faciəvi şəkildə öldü

Aktual Xəbərlər
02 fevral 2026, 13:20

Səlim Müslümovun milyonluq evi və obyekti satılır

Aktual Xəbərlər
02 fevral 2026, 12:25

Ötən ay 21 nəfər dəm qazından zəhərlənib

Aktual Xəbərlər
02 fevral 2026, 11:30

Həftəsonu itkin kimi axtarılan 10 nəfər tapıldı

Aktual Xəbərlər
02 fevral 2026, 10:35

FHN: Ötən həftə 231 yanğına çıxış olub, 37 nəfər xilas edilib

Aktual Xəbərlər
02 fevral 2026, 09:39

Qadın dəm qazından boğuldu

Aktual Xəbərlər
02 fevral 2026, 09:19

Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib

Oxşar xəbərlər