Bu həftənin bürc proqnozları ilə qarşınızdayıq! Gəlin, növbəti 7 gün ərzində bürcünüzün sizə nə vəd etdiyini və ötürdüyü mesajları birlikdə kəşf edək!
Fevralın 2-dən 8-nə qədər bütün bürclər üçün ulduz falını təqdim edirik:
Qoç
Bu həftə sosial çevrədə baş verənlər sizi düşünməyə vadar edəcək. Dostunuzla bağlı bir mövzuya aydınlıq gətirmək lazım olacaq. Tələsik reaksiya verməsəniz, vəziyyət sizin xeyrinizə dəyişə bilər. Çünki ani qərar ikiniz üçün də problem yarada bilər.
Uğurlu günlər: 4, 7 fevral
Uğursuz gün: 6 fevral
Buğa
2–8 fevral aralığında iş və məsuliyyət mövzuları daha ciddi xarakter daşıyır. Gözlənilməz tapşırıq planlarınızı dəyişə bilər. Maddi məsələlərdə ehtiyatlı davranmaq vacibdir. Bu həftə çox bədxərclik etməməyiniz məsləhətdir.
Uğurlu günlər: 2, 5 fevral
Uğursuz gün: 4 fevral
Əkizlər
Bu həftə yeni məlumat və fərqli fikirlər sizi düşündürəcək. Təhsil, sənəd və ya uzaq planlarla bağlı mövzu gündəmə gələ bilər. Hər deyilənə dərhal inanmaq doğru deyil. Təəssüf ki, əkizlər bunu tez-tez edir. Amma bu dövrlərdə daha diqqətli olmaq lazımdır.
Uğurlu günlər: 6, 8 fevral
Uğursuz gün: 3 fevral
Xərçəng
Maddi və şəxsi məsuliyyətlər bu həftə ön plana çıxır. Paylaşım və güvən mövzuları ilə bağlı qərar verməli ola bilərsiniz. Emosiyalara qapılmadan hərəkət etsəniz, risk azalacaq.
Uğurlu günlər: 4, 7 fevral
Uğursuz gün: 6 fevral
Şir
Bu həftə münasibətlərdə fərqli yanaşma tələb olunur. Qarşı tərəfin mövqeyi sizi təəccübləndirə bilər. İnadkarlıq əvəzinə danışaraq məsələni həll edin. İnanın ki, bu daha yaxşı nəticə verəcək.
Uğurlu günlər: 3, 8 fevral
Uğursuz gün: 5 fevral
Qız
Qızlar üçün bu həftə gündəlik iş rejimi və məsuliyyətlər artacaq. Detallara diqqət etməsəniz, xırda problemlər yığıla bilər. Sağlamlıqla bağlı siqnalları görməzdən gəlməmək vacibdir.
Uğurlu günlər: 2, 6 fevral
Uğursuz gün: 4 fevral
Tərəzi
Bu həftə şəxsi istəklərin və öhdəliklərin arasında qala bilərsiniz. Yaradıcılıq və özünüifadə mövzuları ön plana çıxacaq. Riskli addımlardan uzaq durmaq məsləhətdir.
Uğurlu günlər: 4, 8 fevral
Uğursuz gün: 6 fevral
Əqrəb
Ev və ailə ilə bağlı məsələlər diqqət tələb edir. Keçmişdə bağlanmamış bir mövzu yenidən gündəmə gələ bilər. Səbirli olmağınız vəziyyəti yüngülləşdirəcək. Çalışıb insanlarla problemlərinizi danışaraq həll etməyiniz məsləhətdir.
Uğurlu günlər: 2, 5 fevral
Uğursuz gün: 4 fevral
Oxatan
Bu həftə ünsiyyət və hərəkətlilik artır. Gözlənilməz görüş və ya xəbər planlarınızı dəyişə bilər. Düşünmədən deyilən söz sonradan problem yaradacaq. Buna görə də ehtiyatlı olun!
Uğurlu günlər: 6, 8 fevral
Uğursuz gün: 3 fevral
Oğlaq
Maddi mövzular və dəyərlərlə bağlı məsələlər ön plana çıxır. Xərclərlə bağlı qərar verərkən tələsmək risk yaradacaq. Praktik yanaşma sizin xeyrinizədir. Münasibətlərdə isə təəssüf ki, yeniliklər gözlənilmir.
Uğurlu günlər: 4, 7 fevral
Uğursuz gün: 6 fevral
Dolça
Günəş hələ də sizin bürcünüzdədir və bu, diqqəti sizə çəkir. Yeni fikir və təşəbbüslər üçün imkan yaranacaq. Ancaq hər planı dərhal həyata keçirmək vacib deyil. Yüz ölçüb, bir biçin.
Uğurlu günlər: 3, 8 fevral
Uğursuz gün: 5 fevral
Balıqlar
Bu həftə bir qədər geri çəkilib düşünmək ehtiyacı hiss edəcəksiniz. Açıq görünməyən mövzular diqqətinizi çəkə bilər. Həftənin sonuna doğru daxili rahatlıq yaranacaq.
Uğurlu günlər: 2, 7 fevral
Uğursuz gün: 4 fevral