Abşeron rayonunun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Məlumata görə, Cavid adlı qəsəbə sakini evini təmir etdirmək üçün usta axtarıb. O, tanışı Nofələ bu barədə məlumat verib. Nofəl də evə Elgün adlı ustanı göndərib və razılaşma əldə olunub.
Elgün təmir işlərini bitirib, ev sahibindən gördüyü ışin pulunu tələb edib. İş ev sahibinin xoşuna gəlmədiyi üçün Cavidlə Elgün arasında mübahisə yaranıb. Elgün gördüyü işə görə ev sahibindən 1 650 manat tələb etsə də, Cavid ona gördüyü işin məbləğinin cəmi 450 manat olduğunu, digər təmir işlərini keyfiyyətsiz gördüyünü bildirib. Mübahisə nəticəsində Elgün özü ilə gəzdirdiyi bıçaqla Cavidə zərbə endirib, hadisə yerindən qaçıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Elgün saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə gönsərilib. Məhkəmənin hökmü ilə Elgün 5 il azadlıqdan məhrum edilib.
Mənbə: oxu.az