Avqustun 1-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bakuplus.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək