top
Bakı Marafonu 2026 ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
01 may 2026, 19:16
- ↺ +

"Bakı Marafonu 2026" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Bakı Marafonu 2026" tədbiri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, mayın 3-də 1, 2, 4, 7A, 7B, 10, 11, 13, 20, 21, 24, 30, 32, 36, 38, 46, 49, 71, 72, 88A, 93, 120, 120E, 125, 145, 177, 184, E1, H1 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.

Bu barədə Bakuplus.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, dəyişikliyə əsasən, 1 nömrəli marşrutun ("Neftçilər" m/st istiqaməti) və H1 nömrəli marşrutun (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqaməti) fəaliyyəti Azadlıq prospekti – Füzuli küçəsi – Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə təşkil ediləcək.

2 nömrəli marşrut Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Əhməd bəy Ağaoğlu küçəsi – Təbriz küçəsi – Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.

4, 10 və 88A nömrəli marşrutların son dayanacaq məntəqələri Dilarə Əliyeva və 28 May küçələri (Səməd Vurğun bağı) olmaqla təşkil ediləcək. Marşrutlar Bakı Ağ Şəhərə daxil olmayacağından qismən fəaliyyət göstərəcək.

7A, 7B, 11, 24, 71 və 93 nömrəli marşrutların fəaliyyəti Ziya Bünyadov prospektinin əsas hərəkət hissəsi (yol ötürücü) ilə təşkil ediləcək.

13 və M8 nömrəli marşrutların fəaliyyəti Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə təşkil ediləcək.

20, 21, 30, 32, 46, 49, 72, 120 və 120E nömrəli marşrutların son dayanacaq məntəqələri Xocalı prospektində ("Şah İsmayıl Xətai" m/st) təşkil ediləcək. Bu marşrutlar "28 May" NMM və "Sədərək" ticarət mərkəzinə daxil olmayacağından qismən fəaliyyət göstərəcək. 20, 21 və 32 nömrəli müntəzəm marşrutlar Bakı Ağ Şəhər daxil olmaqla son dayanacaq məntəqələri Xocalı prospekti ("Şah İsmayıl Xətai" m/st) təşkil ediləcək.

36, 145 və 184 nömrəli marşrutların son dayanacaq məntəqəsi Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində ("Koroğlu" m/st) təşkil ediləcək.

38 nömrəli marşrut başlanğıc dayanacaq məntəqəsi Səməd Vurğun küçəsi, son dayanacaq məntəqəsi isə Ağa Nemətulla küçəsi olmaqla fəaliyyət göstərəcək. Marşrut Keşlə qəsəbəsinə daxil olmayacağından qismən işləyəcək.

125 nömrəli marşrutun fəaliyyəti ("28 May" NMM istiqaməti) Rəşid Behbudov küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Azadlıq prospekti ilə təşkil ediləcək.

177 nömrəli marşrut son dayanacaq məntəqəsi Bilgəh-Pirşağı yolu ("Ləhic bağları" ərazisi) olmaqla fəaliyyət göstərəcək.

E1 nömrəli marşrutun fəaliyyəti Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti - Heydər Əliyev prospekti (əsas hərəkət hissəsi) ilə təşkil ediləcək.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər