top
Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlandı – TƏFƏRRÜAT
29 iyul 2025, 11:00
- ↺ +

Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlandı – TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlamaqda ittiham olunan 1973-cü il təvəllüdlü Fikrət Cəfərovun məhkəməsi başa çatıb.

Teleqraf.az-ın əldə etdiyi xəbərə görə, oğurluq hadisəsi bu il fevralın 26-da baş verib.

Bakı şəhər sakini F. Cəfərov həmin gün saat 22:00-da Nərimanov rayonunda yerləşən "Neo Market" adlı mağazanın qarşısında park edilmiş A. Quliyevə məxsus "Mercedes Benz S klass 450" markalı minik avtomobilinin baqaj hissəsinin qapısının açıq olmasından istifadə edərək, oradan 50 manat dəyərində olan çantanı və içərisində aşkar etdiyi 20 manat, 50 manat və 100 manatlıq pul əskinazlarından ibarət, ümumilikdə 96.000 manat pulu və dövrün məzənnəsi ilə 34.000 manat təşkil edən 20.000 ABŞ dolları məbləğində pul vəsaitini götürüb.

O, zərərçəkmiş şəxsin ümumilikdə 130.050 manat təşkil edən əmlakını oğurlayıb.

İstintaq orqanı tərəfindən F. Cəfərovun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs özünü ittiham üzrə qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 26-da axşam saat 22:00-da "Neo Market" adlı mağazanın yanından keçərkən marketin qarşısında nömrələrini xatırlamadığı "Mercedes S klass" minik markalı avtomobilin baqaj hissəsinin qapağının açıq vəziyyətdə olduğunu görüb: "Həmin vaxt güclü qar yağdığından kiminsə baqajı unudaraq bağlamadığını düşündüm. Baqajın qapağını örtmək istədim. Baqajda əl çantası açıq olduğundan onun içərisində pul əskinazı bağlaması diqqətimi cəlb etdi. Manat və dollar dəstləri gördüm, ətrafa boylandım. Heç kim yoxuydu, çantanı götürərək oradan uzaqlaşdım".

Müttəhim qeyd edib ki, daha sonra çantanı evə aparıb, onun içərisindən 7 ədəd bağlamada 100 manatlıq, 1 ədəd bağlamada 50 manatlıq, 1 ədəd bağlamada 20 manatlıq və 1 ədəd bağlamada 100 ABŞ dollarlıq pul əskinasları aşkar edib: "Həmin puldan 2.500 manatını borclu olduğum şəxsə göndərdim.

Fevralın 27-də axşam saatlarında yaşadığım evə mülki geyimli şəxslər gəldi. Mənə xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını, oğurluq cinayəti törətməkdə şübhəli olduğumu bildirdilər. Etiraz etmədim. Onların təklifi ilə yataq otağında çarpayının altında gizlətdiyim pullar olan çantanı təqdim etdim.

Bu oğurluğu tək etmişəm. Avtomobildəki puldan əvvəlcə xəbərim olmayıb".

İş üzrə zərərçəkmiş qismində danışan A. Quliyevin sözlərinə görə, fevralın 26-da "Binə Aqro" şirkətinin istixanasından götürdüyü pomidor məhsullarını bazara təhvil verib, bunun müqabilində aldığı 96.000 manat və 20.000 ABŞ dolları məbləğində pulları özünə məxsus aşırma kəmərli çantasına yerləşdirib:

"Çantanı da avtomobilimin baqaj yerinə qoydum. Saat 17 radələrində maşını yaşadığım binanın yaxınlığındakı "Neo Market"in qarşısında park etdim və avtomobildən düşərək baqajından siqaret götürdüm. Baqajın avtomatik bağlanma düyməsini basdım və üzümü çevirib yaşadığım mənzilə getdim. Evdə yatdığım vaxt qəflətən qapı döyüldü. Anamın səsini eşitdim. Dedi ki, qonşumuz avtomobilin yanından keçərkən baqajın açıq olduğunu görüb. Dərhal avtomobilinin yanına getdim. Baqaja baxanda dəyəri 50 manat olan çantamın içində olan pulların oğurlandığı məlum oldu".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

F. Cəfərov 6 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Bakıda yağışdan sonra su basan ev QARƏT OLUNDU

Xəbər
Bu gün, 17:10

Göz içi linza gözdə ömürlük qalırmı? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti cavablandırır

Xəbər
Bu gün, 16:10

Bakı-Qazax yolunda ağır qəza: 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Xəbər
Bu gün, 15:10

Uşağın qanında psixotrop dərman aşkarlanmışdı: bağçanın direktoru işdən çıxarıldı

Xəbər
Bu gün, 14:10

Bakı və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlandı

Xəbər
Bu gün, 13:10

Bakıda lombarddan 22 minlik OĞURLUQ

Xəbər
Bu gün, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
Bu gün, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Bu gün, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Bu gün, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Bu gün, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Bu gün, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Bu gün, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Oxşar xəbərlər