Bakıda kişi spirtli içkidən komaya düşüb.
Lent.az xəbər verir ki, paytaxtın Qaradağ rayonunda Lənkəran rayon sakini, 1977-ci il təvəllüdlü Seyran Ədalət oğlu Zəkiyev koma vəziyyətində Qobustan qəsəbəsindəki xəstəxanaya yerləşdirilib və orada ölüb.
İlkin məlumata görə, S.Zəkiyev spirtli içkidən zəhərlənib.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.