top
Bakıda milyonluq mənzillər: onları bu qədər bahalı edən nədir?
Bu gün, 11:26
- ↺ +

Bakıda milyonluq mənzillər: onları bu qədər bahalı edən nədir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda mənzil alanların böyük əksəriyyəti daha münasib qiymət seqmentinə üstünlük verir. 

"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri"nin məlumatına görə, 2025-ci ildə satılan mənzillərin 84,8 faizi 200 min manatdan aşağı qiymətə alınıb. Ötən il 1 milyon manatdan baha 42 mənzil satılıb və onların hamısı Bakıda yerləşib. 500 min–1 milyon manat aralığında satılan 373 mənzilin də hamısı paytaxtın payına düşüb.

Bəs milyonlarla manatlıq mənzilləri fərqləndirən nədir?

1 kvadratmetr 14 min manata qədər

Daşınmaz əmlak üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, premium seqmentdə ən bahalı ərazilərdən biri Ağ Şəhərdir. Burada 1 kvadratmetrin qiyməti 4 min manatdan başlayaraq 14 min manata qədər yüksəlir. Nərimanov, Elmlər Akademiyası, Sahil, Xətai, 28 May, Port Baku və Bayıl kimi ərazilərdə də premium mənzillərin qiymətləri yüksəkdir.

Premium mənzilləri bahalaşdıran əsas amillərdən biri tikinti keyfiyyəti və şəhərsalma standartlarıdır. Yeni layihələrdə sıxlığın azaldılması, gün işığının düzgün hesablanması, fasad və izolyasiya sistemləri kimi detallara xüsusi diqqət yetirilir.

Bundan başqa, 2020-ci ildən şəhərsalma tələblərinin sərtləşdirilməsi tikinti əmsallarını azaldıb. Əvvəllər bir hektarda 60–65 min kvadratmetr tikmək mümkün olduğu halda, hazırda bu göstərici 20–22 min kvadratmetrə düşüb. Bu isə torpaq və tikinti xərclərinin hər kvadratmetr üzrə artmasına səbəb olub.

Premiumun əsas ünvanları

Ekspert Elnur Azadovun sözlərinə görə, Bakıda premium layihələrin əsas mərkəzləri Ağ Şəhər və Sea Breezedir. Sea Breeze-də 20-dən çox layihə həyata keçirilir və rəqabət yüksək olduğundan bəzi mənzillər ilkin ödənişsiz şərtlərlə də təklif olunur.

Premium yaşayış komplekslərində qiymətlər təxminən 1 800–2 000 dollardan başlayır. Lakin həqiqi premium anlayışında yalnız bahalı təmir deyil, məxfilik, az sıxlıq və komfortlu yaşayış mühiti də əsas meyarlardır. Məsələn, Ağ Şəhərdə bəzi binalarda bir mərtəbədə cəmi 3–5 mənzil yerləşir.

Milyonluq mənzillər necə satılır?

1 milyon manatdan baha mənzillərin satışı kütləvi bazardan fərqlənir. Onların böyük hissəsi elan saytlarına çıxarılmır, VIP alıcı bazaları və xüsusi rieltor şəbəkələri vasitəsilə təqdim olunur.

Adi mənzillər bir neçə aya satıldığı halda, milyonluq mənzillərin bazarda qalma müddəti 6 aydan 2 ilə qədər uzana bilər. Qiymətlər fərdi danışıqlarla müəyyənləşdiyi üçün bu seqmentdə ciddi endirimlər də mümkündür.

Mənbə: kaspi.az

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 12:29

Bu ay Azərbaycanda meteor yağışı müşahidə edilə bilər

Xəbər
Bu gün, 12:01

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - SİYAHI

Xəbər
Bu gün, 11:51

Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi

Xəbər
Bu gün, 10:00

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

Xəbər
Dünən, 21:00

12-18 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
10 oktyabr 2026, 17:18

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Xəbər
10 oktyabr 2026, 16:24

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Xəbər
10 oktyabr 2026, 14:54

Bakıda müştəri 600 qram araq içib kafe sahibini BIÇAQLADI

Xəbər
10 oktyabr 2026, 13:30

Başqa qadınla yazışmaq 1500 manata başa gəldi

Xəbər
10 oktyabr 2026, 12:22

Qızı qətlə yetirildi, oğlu xərçəngdən öldü – Xalq artistinin anım günüdür

Xəbər
10 oktyabr 2026, 11:08

İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM

Xəbər
10 oktyabr 2026, 10:26

Banklar bu şəxslərə kredit verməyəcək

Xəbər
10 oktyabr 2026, 09:58

Azərbaycan şərqşünaslığında iz qoyan Aida İmanquliyevanın doğum günüdür

Xəbər
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Xəbər
09 oktyabr 2026, 17:32

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və sevgilisi həbs edildi

Suraxanı
09 oktyabr 2026, 16:40

"Hövsanın adını bədnam etməyin" - Müğənni Cindən sakinlərə irad

Xəbər
09 oktyabr 2026, 15:34

Bakıda XIX əsrə aid tarixi "Şor hamamı" söküləcək? – İDDİA

Xəbər
09 oktyabr 2026, 14:05

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Xəbər
09 oktyabr 2026, 13:05

Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək

Xəbər
09 oktyabr 2026, 12:31

17 yaşlı oğul atasını bıçaqladı — "Bacılarımı döyürdü"

Xəbər
09 oktyabr 2026, 11:56

"Landau School"dan şikayət: Ödənişlər geri qaytarılmır? - İDDİA

Xəbər
09 oktyabr 2026, 11:28

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Xəbər
09 oktyabr 2026, 10:50

Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Oxşar xəbərlər