top
Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı
19 oktyabr 2026, 17:08
- ↺ +

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron rayonunun ən böyük yaşayış məntəqələrindən olan Xırdalan şəhərində daşınmaz əmlak bazarı son dövrlərin ən durğun və gərgin mərhələsini yaşayır. Bir vaxtlar paytaxta yaxınlığı və nisbətən ucuz mənzil imkanları ilə alıcıların əsas seçimi olan Xırdalan, artıq bir sıra ciddi infrastruktur və sosial amillər səbəbindən cazibəsini itirməkdədir.

Mənzil qiymətlərinin ucuzlaşmasında ən birinci və həlledici amil kimi Bakı-Sumqayıt şosesində və Xırdalanın daxili küçələrində yaşanan xroniki nəqliyyat sıxlığı göstərilir. Hər gün işə və təhsilə yollanan sakinlərin saatlarla tıxacda qalması, mərkəzə gediş-gəlişin dözülməz həddə çatması alıcıların bu ərazidən uzaqlaşmasına gətirib çıxarıb. Mənzil almaq istəyən vətəndaşlar artıq eyni büdcə ilə nəqliyyat infrastrukturu daha rahat olan Masazır, Hövsan və ya digər mərkəzə yaxın ərazilərə üstünlük verirlər.

Bununla yanaşı, Xırdalanda xaotik və planlaşdırılmamış tikinti bumu nəticəsində əhalinin sıxlığı həddindən artıq artıb. Bu durum su, kanalizasiya, elektrik və qaz xətlərində müntəzəm kəsintilərə, məktəb və bağçalarda yer çatışmazlığına səbəb olur. Səki və park yerlərinin məhdudluğu, həyətyanı sahələrin azlığı yaşayış komfortunu aşağı salır. Təkrar mənzil bazarında evini satıb daha rahat infrastruktura malik ərazilərə köçmək istəyən sakinlərin sayı artdıqca, satışa çıxarılan evlərin nisbəti də sürətlə çoxalır.

Hazırda bazarda təklif tələbi dəfələrlə üstələyir. Təcili nağd pul ehtiyacı olan və ya mənzilini aylarla sata bilməyən mülkiyyətçilər qiymətlərdə məcburi güzəştlərə gedirlər. Elan saytlarındakı mövcud təkliflərə əsasən, Xırdalanda 2 otaqlı mənzillər sahəsindən və təmirindən asılı olaraq əsasən 80 000 – 120 000 manat aralığında təklif edilir. 3 otaqlı mənzillərin qiyməti təxminən 54 000 – 124 000 manat arasında dəyişdiyi halda, 4 otaqlı mənzillər üçün qiymətlər 129 000 – 149 000 manat təşkil edir.

Müşahidə olunan 10-15% civarındakı geriləmə və qiymət diapazonlarındakı rəqabət məhz təkliflərin həddindən artıq çoxalması ilə əlaqədardır.

Ekspertlərin qənaətinə görə, Xırdalanda nəqliyyat və infrastruktur problemləri konseptual şəkildə həll olunmayana qədər ərazidəki daşınmaz əmlakın likvidliyi aşağı qalacaq və qiymətlərdəki artım potensialı məhdudlaşacaq.

Mənbə: yenisabah.az

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 18:00

Məktəblərdə payız tətili noyabrın 16-da başlanır

Xəbər
Bu gün, 17:00

Bakıda kafedə dava düşdü - saxlanılanlar var

Xəbər
Bu gün, 16:24

Xalq yazıçısı Anar: "Dövlət Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə yönləndirilməlidir"

Xəbər
Bu gün, 14:40

Bakıda dəhşətli qəza: avtomobil 18 yaşlı qızın üzərindən keçdi

Xəbər
Bu gün, 13:03

Dilarə Əliyeva qayınanasını belə təbrik etdi

Xəbər
Bu gün, 12:24

Azərbaycanlı Rusiyada sevgilisinin boğazını kəsdi - VİDEO

Xəbər
Bu gün, 11:59

Avtomobilin vurduğu sahibsiz itin əməliyyatı üçün yardım istənilir

Xəbər
Bu gün, 11:13

Bakıda kütləvi dava: bıçaqlananlar var

Xəbər
Bu gün, 10:47

Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?

Xəbər
Bu gün, 10:14

Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib

Xəbər
Bu gün, 09:46

Bakıda maşın piyadanı vuraraq öldürüb

Xəbər
Bu gün, 09:34

Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Xəbər
Bu gün, 09:19

Bakıda 844 güzəştli mənzil satışa çıxarılır

Xəbər
Dünən, 17:37

"Valideyn bütün günü "TikTok"a baxırsa, o uşaqdan nə gözləyəsən?" - Professor

Xəbər
Dünən, 16:53

Sağlamlıq mərkəzinin rəhbərinin qətlində ittiham olunanların məhkəməsi BAŞLADI

Xəbər
Dünən, 15:25

İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb

Xəbər
Dünən, 14:15

Sabahın hava proqnozu açıqlanıb

Xəbər
Dünən, 13:04

Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı – Məhkəmədən qərar

Xəbər
Dünən, 12:30

Arzu Əhədova Nizami Kino Mərkəzindəki işindən ayrılıb? - ÖZƏL

Xəbər
Dünən, 12:17

Bakıda 8 bina sökülür, sakinlərə nə qədər ödəniləcək? - VİDEO

Xəbər
Dünən, 11:40

Sevgilisinin keçmiş nişanlısından qurtulmaq istəyən KİŞİ FALÇIYA üz tutdu, aldadıldı

Xəbər
Dünən, 11:10

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş

Xəbər
Dünən, 10:35

Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir

Xəbər
Dünən, 10:10

Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi

Xəbər
Dünən, 09:51

Abşeron Gənclər Şəhərciyində binaların zirzəmilərini su basıb - VİDEO

Xəbər
Dünən, 09:50

General Natiq Əliyevin qızı saxlanıldı

Xəbər
Dünən, 08:38

Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

Aktual Xəbərlər
Dünən, 01:15

Prezident İlham Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım edib

Oxşar xəbərlər