top
DİM-dən DTX-nın əməliyyatı ilə bağlı açıqlama
29 iyul 2025, 12:58
- +

DİM-dən DTX-nın əməliyyatı ilə bağlı açıqlama

"Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda ən vacib məqamlardan biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştirakçıların bərabər şərtlər altında imtahan verməsi, davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir".

Bu barədə teleqraf.az-ın sorğusuna cavab olaraq DİM-dən məlumat verilib.

"DİM imtahan iştirakçılarını maarifləndirmək, həmçinin baş verə biləcək pozuntu hallarını törətməkdən çəkindirmək məqsədilə mütəmadi olaraq imtahanlardan dərhal sonra hər hansı qayda pozuntusu baş veribsə, bununla bağlı ictimaiyyətə məlumat təqdim edir.

İstər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları DİM əməkdaşları, zərurət olduqda isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.

Bəzi qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Belə hal baş verdikdə DİM hüquq mühafizə orqanlarına müraciət edir.

Hazırda kütləvi informasiya vasitələrində yayılan və bəzi imtahanlarda binanın girişində yoxlama zamanı iştirakçıların üzərlərində komplekt halda xüsusi ötürücü qurğuların ("Mifi" aparatı, mikroqulaqlıq, telefon, kamera və s.) aşkarlanması və bununla bağlı Dövlət İmtahan Mərkəzinin hüquq mühafizə orqanlarına müraciət etməsi faktları doğrudur. Qeyd olunan faktlarla bağlı hazırda müvafiq qurumlar tərəfindən istintaq davam etdirilir.

Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə bildirilib.

Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırıb: "Valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi davam etdiriləcək".

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

"103"ə 34 mindən çox əsassız çağırış olub - TƏBİB

Xəbər
Bu gün, 17:53

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana gətirildi

Xəbər
Bu gün, 17:40

Xalq artistindən kişi kimi rəqs edən qadınlara İRAD

Xəbər
Bu gün, 17:09

Flora Kərimovanın səhhəti necədir? - ÖZƏL AÇIQLAMA

Xəbər
Bu gün, 16:34

Bakı metrosunda iş rejimi dəyişdirilir

Xəbər
Bu gün, 15:55

"Moyka"dan maşın qaçırdı, tutuldu

Xəbər
Bu gün, 15:15

"Miss Azerbaijan 2019" modeli Türkiyə məhkəməsində qalib gəldi

Xəbər
Bu gün, 14:18

Mehdiabadda DƏHŞƏT: Başında xəsarətlər olan meyit tapıldı - YENİLƏNİB

Xəbər
Bu gün, 14:08

Dünya ulduzları Bakıya gəlir: Sabahdan "Dream Fest" başlayır

Xəbər
Bu gün, 13:11

Sabah Bakıda 36 dərəcə isti olacaq

Xəbər
Bu gün, 13:01

Arzum ev dustaqlığına buraxıldı

Xəbər
Bu gün, 12:10

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırldı

Xəbər
Bu gün, 11:12

Direktor "dur zaldan rədd ol", "adama oxşamaz" dedi, məhkəməlik oldu

Aktual Xəbərlər
Bu gün, 09:58

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 09:32

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Xəbər
Bu gün, 09:29

Tofiq Mirzəyev vəfat etdi

Xəbər
Dünən, 18:09

"Zibili təmizləyin, oynamaq istəyirik" - Bu dəfə uşaqlar ETİRAZ ETDİ

Xəbər
Dünən, 17:13

İslamşünas olmaq istəyənlər Psixoloji Komissiyadan keçməlidi

Xəbər
Dünən, 16:30

Bakıda qeyri-adi soyğunçuluq

Xəbər
Dünən, 16:00

"Arzum"un işinə sabah baxılacaq

Xəbər
Dünən, 15:24

İnterneti bəhanə etdi, sürücünün kartından 700 manat götürdü

Xəbər
Dünən, 13:30

"İşçi xəbər verməmişdi" - Bu bəhanə işəgötürəni məsuliyyətdən azad etmir

Xəbər
Dünən, 13:10

Tanınmış plastik cərrah öldü

Xəbər
Dünən, 11:54

Bakıda ölü doğulan uşaq zirzəmiyə atılıb – İDDİA + VİDEO

Oxşar xəbərlər