top
Həkim Abbas Bağırov: “Pasiyentlər seçimlərini səhv edirlər” – ÖZƏL MÜSAHİBƏ
07 oktyabr 2024, 05:03
- ↺ +

Həkim Abbas Bağırov: “Pasiyentlər seçimlərini səhv edirlər” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Beynəlxalq Həkimlər Günüdür.

Hər il oktyabrın birinci bazar ertəsi dünya həkimlərinin həmrəylik və fəal əməkdaşlıq əlaməti olaraq Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir.

Qeyd: Həmin günün qeyd edilməsi Ümumdünya Səhiyyə Təşkilatı və “Sərhədsiz həkimlər” Beynəlxalq Humanitar Təşkilatının birgə təşəbbüsüdür. Hər il “Sərhədsiz həkimlər”in minlərlə əməkdaşı müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərirlər. Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparır. Hər il “Sərhədsiz həkimlər” təşkilatından minlərlə həkim müxtəlif ölkələrdə ehtiyacı olanlara kömək edir.

BakuPlus.az-ın əməkdaşı Beynəlxalq Həkimlər Günü münasibətilə həkim-terapevt Abbas Bağırov ilə həmsöhbət olub.

Həmin müsahibəni təqdim edirik:

- Bu gün Beynəlxalq Həkimlər Günüdür. Bu münasibətlə sizi təbrik edirik

- Bütün həkim həmkarlarımı təbrik edirəm. Onlara hər zaman öz əmək fəaliyyətlərinin sevincini yaşamağı arzu edirəm. Həkimlik sənəti ilahi və müqəddəs bir sənətdir. Bu sənət insanlara həyat bəxş edir.

- Həkimliyin ali peşə olduğunu hər kəs bilir. Sizcə, bu sahədə nə kimi problemlər var?

- Düzdür, həkimlik ali peşədir. Çünki heç bir peşə sahiblərinə insanlar belə müraciət etmirlər: “Göydə Allahı, yerdə sizi deyib gəlmişik”. Yalnız həkimlərə bu şəkildə müraciət olunur.

Həkimlər gecə-gündüz pasiyentlərinin həyəcanını yaşayır, onların hər zaman sağlamlıqlarını düşünür. Başqasının ağrısını ürəyində daşıya bilməyən həkim ola bilməz. Həkim mücərrəd təfəkkürə və yüksək həssaslıq qabiliyyətinə malik  olmalıdır. Başqalarının ağrılarını ürəyində daşımağı bacarmalıdır. Bu keyfiyyətlər olduqda, həkimlik peşəsi özünü doğrulda bilir.

Bütün sahələrdə olduğu kimi həkimlikdə də müəyyən problemlər var. Problemlərdən biri - insanlarımızın əksəriyyəti səhiyyə sahəsindən narazıdırlar. Çünki pasiyentlərin özləri seçimlərini səhv edirlər. Və bu seçimlər də fəsad şəklində özünü büruzə verir. Onda da həkimi günahlandırırlar. Pis həkim yoxdur, pis seçim var. Bütün dünya ölkələrində hər hansı bir klinikanı əsas götürüb, gedirlər. Bizdə isə heç bir klinikanı yox, yalnız həkimin adını deməklə xəstəxanalara müraciət edirlər.

- Abbas bəy, tibbin hansı sahəsində irəliləyişlər var?

- Cərrahiyə sahəsində, radikal müalicə metodu olduğuna görə, kifayət qədər irəliləyişlər, yüksək nəticə var. Terapiya sahəsində isə bəzi medikamentlərin, biofarmasevtik effektlərin standartlara uyğun olmamasına görə müəyyən problemlər yaşana bilir. Problemlərin həlli istiqamətində işlər gedir.

- Bəzi həkimlərə görə cəmiyyətdə müxtəlif fikirlər formalaşır. Pasiyentlər səhv diaqnoz səbəbindən yanlış müalicə olunub. Nəticədə xəstə dünyasını dəyişib.

- Səhv diaqnoz təkcə Azərbaycanda yox, dünyanın hər yerində qoyula bilər. Çünki həkimlik sənətində ikini ikiyə vuranda dörd etmir. Hər şey fərdidir. Hər şey bəzən elmdən kənar təsbit olunmuş, eksperimental və elmi istiqamətlərdən kənar görünür.

Bəzən həkim elə proseslərlə qarşılaşır ki, bu proseslər indiyənə qədər tibb aləmində mövcud olmayıb. Ona görə də müəyyən diaqnostikaların qoyulmasında az hallarda da olsa, çətinliklər yaranır.

Lakin ölkəmizdə səhiyyənin inkişafı elə həddədir ki, artıq heç bir diaqnozun qoyulmasında ciddi çətinliklər yaranmır. Sadəcə olaraq, diaqnoz qoyduqdan sonra dərman müalicəsini düzgün təsbit edib, sona qədər müalicə aparmaq lazımdır. İnsanlar həkimə üz tutmurlar. Bilməlidirlər ki, hər bir xəstəlik sağalırsa, o demək deyil ki, birdə olmayacaq. Mütəmadi həmin patologiyanı nəzarətdə saxlamaq lazımdır. İnsanların psixologiyası belədir, həkimə getmirlər. Və yaxud da xəstəlik ağırlaşandan sonra həkimə müraciət edirlər. Belə olan halda qismən də olsa çətinliklər yaranır.

- İnsanlar müalicə üçün xarici ölkələrə üz tuturlar. Sizin buna münasibətiniz necədir?

- Müalicə üçün xarici ölkələrə üz tutanlar əsasən imkanlı şəxslərdir. Onlar müəyyən fikirlərlə ora gedirlər. Ya Azərbaycan səhiyyəsinə etibar etmirlər, ya da daha komfort şərait arzu edib, xaricə üz tuturlar. Xaricə üz tutanlar heç də artıq müalicə prosedurlarına məruz qalmırlar.

Tibb alimlərinin bir fikri var ki, xəstəliyi sağaldan təbiətin özüdür. Dərmanlar isə onu ancaq stimulyasiya edir. Azərbaycan səhiyyəsində görülən işlər heç də xaricdə görülən işlərdən az deyil. İmkanlı şəxslər bu və ya digər səbəblərdən başqalarına etibar edirlər. Yerli kadrlardan üz döndərirlər.

- Həkimlərin nüfuzunu artırmaq üçün nə etmək lazımdır?

- İstər müharibə, istərsə də pandemiya dövrünü xatırlasaq, görərik ki, həkimlər canlarını fəda etdi. Gecə-gündüz yorulmadan əziyyət çəkmələrini heç vaxt unutmamalıyıq. Ölkəmizdə kifayət qədər potensiallı və bilikli həkimlər var. Sadəcə olaraq, düzgün həkim seçilməlidir. Düzgün seçim edilsə, aparılan müalicələrin effekti də çox gözəl olacaq. Bu, insanların həyat və fəaliyyətinin qorunması üçün vacib amillərdən biridir.

Nəzrin Vahid

 

 

Son xəbərlər

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
17 oktyabr 2026, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
17 oktyabr 2026, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
17 oktyabr 2026, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
17 oktyabr 2026, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
17 oktyabr 2026, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
17 oktyabr 2026, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
17 oktyabr 2026, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
17 oktyabr 2026, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
17 oktyabr 2026, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
17 oktyabr 2026, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
17 oktyabr 2026, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
17 oktyabr 2026, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
17 oktyabr 2026, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
17 oktyabr 2026, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Oxşar xəbərlər