top
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
17 fevral 2025, 09:22
- ↺ +

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fevralın 17-də Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Azertag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillərlə təmin olunub.

Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

İclasın əvvəlində Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkil Avraam Berman konfidensial görüş üçün şərait yaradılmasını məhkəmədən xahiş edib.

Məhkəmə vəsatəti təmin edib və konfidensial görüş üçün fasilə elan olunub.

Fasilədən sonra Ruben Vardanyan və müdafiəçisi vəsatət verərək məhkəmə tərkibinə etiraz ediblər.

Dövlət ittihamını müdafiə edən prokurorlar Vüsal Əliyev və Fuad Musayev vəsatətə münasibət bildirərək qeyd ediblər ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə prosesində baxılaraq müvafiq qərar qəbul olunub. Habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret hallarının müəyyən edilməsinə və həmin etirazın əsaslandırılmasının zəruri olmasına dair tələblər təkrarən vurğulanıb.

Vəsatətdə qeyd edilən məsələlərə dair konkret əsasların müəyyən olunmadığını bildirən prokurorlar etirazın baxılmamış saxlanılmasını xahiş ediblər.

Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.

Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

Budəfəki məhkəmə iclasında ittiham aktının Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində Azərbaycan Respublikasının vaxtilə işğal altında olan suveren ərazilərinin minalanması, əsir düşmüş və girov götürülmüş Azərbaycan vətəndaşlarına verilmiş işgəncələr, törədilmiş ayrı-ayrı cinayət faktları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən antiterror əməliyyatlarının başlanılmasını qaçılmaz edən hallara dair epizodlar elan edilib.

İttiham aktına əsasən bildirilib ki, 2022-ci il sentyabrın 12-dən 14-dək olan müddət ərzində Ermənistanın silahlı döyüş mövqelərindən Azərbaycanın Zəngilan, Qubadlı, Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Silahlı Qüvvələrinin mühafizə postları və qərargahlarının iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbi qulluqçusu qəsdən öldürülüb, 435 hərbi qulluqçusuna, habelə Kəlbəcər rayonunun 1 dinc mülki sakininə ağır dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürmələrinə cəhd edilib.

Bundan başqa, qeyd olunub ki, Ermənistan dövləti vaxtilə işğal etdiyi Azərbaycan Respublikasının suveren ərazilərində yaratdığı və onun nəzarəti altında fəaliyyət göstərmiş qondarma “Dağlıq Qarabağ respublikası”nı və onun qanunsuz silahlı birləşmələrini Ruben Vardanyan və digərləri vasitəsilə ümumilikdə 160 ədəd müxtəlif növ zirehli döyüş texnikası, 16.805.903 ədəd müxtəlif növ atıcı silah, onun komplekt hissələri və döyüş sursatları, 230 ədəd müxtəlif növ minaatan, tank əleyhinə 137 ədəd müxtəlif növ vasitə, 162 ədəd müxtəlif növ artilleriya topu, 3 ayaq radar sistemi və digər növ hərbi texniki əmlaklar, 41 min 522 ədəd müxtəlif növ əl qumbarası, habelə uçuş həyata keçirən təyyarə və digər avadanlıqları hədəfindən yayındırmaq üçün istifadə olunan Radiomaneə kompleksi “Pole-21”, naviqasiya və telemetriya siqnallarını susdurmaq üçün istifadə edilən “Repellent-1” radioelektron mübarizə kompleksi ilə silahlandırıb.

Yekunda Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təqsirləndirilən şəxs Ruben Vardanyanın ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrini elan edib.

Bildirilib ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Bununla da iş üzrə ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb.

Daha sonra məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev təqsirləndirilən şəxsə ona qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini, ona istinad olunan əməllərin hüquqi tövsifini və həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı, həmçinin təqsirləndirilən şəxsin malik olduğu hüquqları izah edib.

Ardınca məhkəmə iclasında hakim qanunvericiliyə əsasən təqsirləndirilən şəxsə özünü təqsirli bilib-bilməməsinə dair suallar ünvanlayıb.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlara etiraz əlaməti olaraq verilmiş suallara cavab verməkdən imtina edib.

Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin olunub.

Son xəbərlər

Xəbər
Dünən, 21:00

12-18 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
10 oktyabr 2026, 17:18

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Xəbər
10 oktyabr 2026, 16:24

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Xəbər
10 oktyabr 2026, 14:54

Bakıda müştəri 600 qram araq içib kafe sahibini BIÇAQLADI

Xəbər
10 oktyabr 2026, 13:30

Başqa qadınla yazışmaq 1500 manata başa gəldi

Xəbər
10 oktyabr 2026, 12:22

Qızı qətlə yetirildi, oğlu xərçəngdən öldü – Xalq artistinin anım günüdür

Xəbər
10 oktyabr 2026, 11:08

İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM

Xəbər
10 oktyabr 2026, 10:26

Banklar bu şəxslərə kredit verməyəcək

Xəbər
10 oktyabr 2026, 09:58

Azərbaycan şərqşünaslığında iz qoyan Aida İmanquliyevanın doğum günüdür

Xəbər
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Xəbər
09 oktyabr 2026, 17:32

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və sevgilisi həbs edildi

Suraxanı
09 oktyabr 2026, 16:40

"Hövsanın adını bədnam etməyin" - Müğənni Cindən sakinlərə irad

Xəbər
09 oktyabr 2026, 15:34

Bakıda XIX əsrə aid tarixi "Şor hamamı" söküləcək? – İDDİA

Xəbər
09 oktyabr 2026, 14:05

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Xəbər
09 oktyabr 2026, 13:05

Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək

Xəbər
09 oktyabr 2026, 12:31

17 yaşlı oğul atasını bıçaqladı — "Bacılarımı döyürdü"

Xəbər
09 oktyabr 2026, 11:56

"Landau School"dan şikayət: Ödənişlər geri qaytarılmır? - İDDİA

Xəbər
09 oktyabr 2026, 11:28

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Xəbər
09 oktyabr 2026, 10:50

Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Xəbər
09 oktyabr 2026, 09:58

Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın anım günüdür

Xəbər
09 oktyabr 2026, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
09 oktyabr 2026, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
08 oktyabr 2026, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
08 oktyabr 2026, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Oxşar xəbərlər