top
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
15 may 2026, 18:52
- ↺ +

WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib

Bakıda keçiriləcək WUF13 çərçivəsində iştirakçıların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi nəqliyyat sistemi fəaliyyətə başlayıb.

Bu barədə Bakuplus.az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, 15 may 2026-cı il tarixindən etibarən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində iştirakçıların tədbir məkanına rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə WUF13 nəqliyyat sistemi tam şəkildə fəaliyyətə başlayıb.

WUF13 iştirakçıları hava limanı, nəqliyyat mübadilə mərkəzləri, qonaqlama əraziləri və WUF13 tədbir məkanı arasında əlaqəni təmin edən inteqrasiya olunmuş nəqliyyat xidmətlərindən yararlana bilərlər.

Tədbirlə əlaqədar olaraq, WUF13 Hava Limanı avtobus xidməti 12–25 may tarixlərində günün 24 saatı fasiləsiz fəaliyyət göstərəcək. Şəhərdaxili avtobus xidmətləri 15–22 may tarixlərində iştirakçıların istifadəsində olacaq. K1 xüsusi avtobus xətti isə 14–23 may tarixlərində Koroğlu nəqliyyat qovşağı ilə WUF13 tədbir məkanı arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcək.

WUF13 nəqliyyat sistemi çərçivəsində W1–Şıx, W2–İçərişəhər, W3–Nəriman Nərimanov, W4–İzmir, W5–28 May, W6–Gənclik, W7–Ağ Şəhər və W8–Sea Breeze marşrutları əsas qonaqlama əraziləri ilə nəqliyyat mübadilə mərkəzləri arasında əlaqəni təmin edir.

Bununla yanaşı, W9–Badamdar marşrutu yaxınlıqdakı hotelləri İçərişəhər nəqliyyat mübadilə mərkəzi ilə, W10–Mikayıl Əliyev marşrutu isə qonaqlama məkanlarını birbaşa WUF13 tədbir məkanı ilə əlaqələndirir.

WUF13 çərçivəsində təşkil olunan bütün nəqliyyat xidmətləri akkreditasiyadan və qeydiyyatdan keçmiş iştirakçılar üçün ödənişsizdir.

Qeyd edək ki, yerində qeydiyyat üçün tədbir məkanına gələcək iştirakçılar da bu xidmətlərdən ödənişsiz istifadə edə biləcəklər.

WUF13 zamanı təşkil olunan nəqliyyat xidmətləri və marşrutlar barədə daha ətraflı məlumatı WUF13 şəhərdaxili nəqliyyat səhifəsindən əldə etmək mümkündür.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər