top
24-31 mart - Həftəlik bürclər
23 mart 2025, 10:00
- ↺ +

24-31 mart - Həftəlik bürclər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qoç bürcü

Qoç üçün həll olunmayan problem yoxdur! Bu həftə bütün planlarınız uğurla nəticələnəcək. Həyatınıza Qız və ya Dolça bürcündən biri daxil ola bilər – bu insan sizə fırtına kimi təsir edəcək, lakin nəticədə ondan xeyir görəcəksiniz. Hər şeyin yaxşılığa doğru getdiyini unutmayın.

Uğurlu günlər: 25 və 28 mart
Uğursuz gün: 24 mart

Buğa bürcü

Buğa bürcü mehriban və açıq ürəkli olduğu üçün bəzən insanlar onun səxavətindən istifadə edirlər. Bu həftə diqqətli olun – sizə hesab ödətdirməyə və ya borc alıb geri qaytarmamağa çalışanlar olacaq. Sevgilinizlə gərgin anlar yaşaya bilərsiniz, lakin bu, münasibətinizi daha da möhkəmləndirəcək. Maddi vəziyyətiniz yaxşılaşır, gələcək layihələr üçün pula qənaət edin.

Uğurlu günlər: 26 və 30 mart
Uğursuz gün: 27 mart

Əkizlər bürcü

Bu həftə həyatınızı asanlaşdırmaq üçün fürsətiniz olacaq! Artıq sizi sıxan insanlardan və lazımsız problemlərdən qurtulun. Öz gücünüzə inanın və "Xoşbəxt həyat" kitabının yeni səhifəsini yazmağa başlayın.

Uğurlu günlər: 27 və 29 mart
Uğursuz gün: 25 mart

Xərçəng bürcü

Xərçəng, heç vaxt təslim olma! Heç kimə qulaq asmadan, öz arzularınızın ardınca gedin. Ulduzlar bu həftə sizə uğur vəd edir. Subay Xərçənglər üçün münasibət qurmaq üçün əla zamandır. Həftəsonu sizi gözlənilməz, amma çox xoş bir sürpriz sevindirəcək.

Uğurlu günlər: 28 və 29 mart
Uğursuz gün: 26 mart

Şir bürcü

Bu həftə həyatınızda mühüm dəyişikliklər baş verəcək. Əsasən şəxsi həyatınızla bağlı gözəl hadisələr sizi gözləyir – nişan və ya toy planları gündəmə gələ bilər. Maddi vəziyyətinizdə də yaxşılaşma olacaq. Sizin üçün dəyərli bir insanla rastlaşa bilərsiniz, onu qiymətləndirin.

Uğurlu günlər: 27 və 30 mart
Uğursuz gün: 28 mart

Qız bürcü

Xoşbəxtlik hər şeyə sahib olmaq deyil, sahib olduqlarınızla kifayətlənməkdir. Ancaq siz daha çoxuna can atırsınız. Qarşınıza məqsədlər qoyun və onlara çatmaq üçün irəliləyin. Sevgidə gözlənilməz hadisələr yaşanacaq – bəlkə də indiyə qədər sevmədiyiniz biri ilə münasibətiniz istiləşəcək.

Uğurlu günlər: 24 və 26 mart
Uğursuz gün: 28 mart

Tərəzi bürcü

Uzun səfərlər üçün əlverişli həftədir. Sevdiyiniz yerlərə səyahət edin və həyatın dadını çıxarın. Şəxsi həyatında problemlər yaşayan Tərəzilər üçün yaxşı xəbərlər var – hər şey yoluna düşəcək. Düşmənləriniz sizə mane olmağa çalışsalar da, sonunda özləri çətin vəziyyətə düşəcəklər.

Uğurlu günlər: 25 və 29 mart
Uğursuz gün: 26 mart

Əqrəb bürcü

Bu həftə sizi maraqlı hadisələr gözləyir. İnsanları inandırmaq bacarığınız yüksək olacaq və bəzi məqsədlərinizə kiçik hiylələrlə nail ola bilərsiniz. Sevdiyiniz bir insan sizə gözlənilməz bir sirr açacaq. Həftəsonu isə hamının diqqət mərkəzində olacaqsınız.

Uğurlu günlər: 26 və 31 mart
Uğursuz gün: 24 mart

Oxatan bürcü

Bu həftə öz gücünüzə daha çox inanmalısınız. Əgər uzun müddətdir bəyəndiyiniz insana hislərinizi deməkdən çəkinirsinizsə, artıq vaxtıdır! Maddi baxımdan vəziyyətiniz stabil olacaq, qazandığınız pulu rahatlıqla xərcləyə bilərsiniz.

Uğurlu günlər: 27 və 30 mart
Uğursuz gün: 29 mart

Oğlaq bürcü

Həftənin əvvəlində sakit və pozitiv qalmağa çalışın. Sizi sevindirəcək hadisələr baş verəcək. Subay Oğlaqlar üçün bu həftə romantika gətirməsə də, maliyyə baxımından uğurlu olacaq – maaş artımı və ya əlavə qazanc mümkündür. Özünüzə vaxt ayırmağı unutmayın.

Uğurlu günlər: 25 və 26 mart
Uğursuz gün: 24 mart

Dolça bürcü

Son zamanlar partnyorunuza qarşı çox tələbkar davranırsınız. Əgər bu vərdişinizdən əl çəkməsəniz, münasibətiniz təhlükəyə düşə bilər. Sizin üçün çoxlu yeni imkanlar yaranacaq. Həftəsonu isə maliyyə baxımından gözlənilməz qazanc əldə edə bilərsiniz.

Uğurlu günlər: 26 və 28 mart
Uğursuz gün: 24 mart

Balıqlar bürcü

Bu həftə sizin üçün yeni başlanğıcların vaxtıdır. Toksik insanlardan uzaqlaşacaqsınız və özünüzü daha rahat hiss edəcəksiniz. İşgüzar səfərlər və yeni layihələr uğurlu olacaq. Həftəsonu sizi gözəl bir tədbirə dəvət edə bilərlər. Unutmayın, xoşbəxtlik pulda deyil – sizin varlığınız belə kifayətdir!

Uğurlu günlər: 25 və 30 mart
Uğursuz gün: 26 mart

Son xəbərlər

Xəbər
Dünən, 17:18

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Xəbər
Dünən, 16:24

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Xəbər
Dünən, 14:54

Bakıda müştəri 600 qram araq içib kafe sahibini BIÇAQLADI

Xəbər
Dünən, 13:30

Başqa qadınla yazışmaq 1500 manata başa gəldi

Xəbər
Dünən, 12:22

Qızı qətlə yetirildi, oğlu xərçəngdən öldü – Xalq artistinin anım günüdür

Xəbər
Dünən, 11:08

İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM

Xəbər
Dünən, 10:26

Banklar bu şəxslərə kredit verməyəcək

Xəbər
Dünən, 09:58

Azərbaycan şərqşünaslığında iz qoyan Aida İmanquliyevanın doğum günüdür

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Xəbər
09 oktyabr 2026, 17:32

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və sevgilisi həbs edildi

Suraxanı
09 oktyabr 2026, 16:40

"Hövsanın adını bədnam etməyin" - Müğənni Cindən sakinlərə irad

Xəbər
09 oktyabr 2026, 15:34

Bakıda XIX əsrə aid tarixi "Şor hamamı" söküləcək? – İDDİA

Xəbər
09 oktyabr 2026, 14:05

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Xəbər
09 oktyabr 2026, 13:05

Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək

Xəbər
09 oktyabr 2026, 12:31

17 yaşlı oğul atasını bıçaqladı — "Bacılarımı döyürdü"

Xəbər
09 oktyabr 2026, 11:56

"Landau School"dan şikayət: Ödənişlər geri qaytarılmır? - İDDİA

Xəbər
09 oktyabr 2026, 11:28

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Xəbər
09 oktyabr 2026, 10:50

Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Xəbər
09 oktyabr 2026, 09:58

Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın anım günüdür

Xəbər
09 oktyabr 2026, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
09 oktyabr 2026, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
08 oktyabr 2026, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
08 oktyabr 2026, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Xəbər
08 oktyabr 2026, 17:14

Maşınla ana ilə uşağının üstündən keçdi - VİDEO

Oxşar xəbərlər