top
15 yaşlı “fosfor adam”: “Gözlərimiz titrəyir, bizə qəribə baxırlar”
23 yanvar 2025, 05:30
- ↺ +

15 yaşlı “fosfor adam”: “Gözlərimiz titrəyir, bizə qəribə baxırlar”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yay mövsümünü sevməyən, günəşli havaların bitməsini istəyən olmaz, elə deyilmi? Amma günəş bəzilərinin gündüzünü qaranlığa çevirə bilir.

Söhbət albinos insanlardan gedir. Albinosların bəziləri düşünürlər ki, tanrı onları bu cür yaratmaqla yalnızca bir piqmenti (melanin) deyil, bütün azadlıqlarını alıb.

Albinizm haqqında danışmaq maraqlı və əhəmiyyətli bir mövzudur. Albinoslar doğuşdan olan genetik bir xüsusiyyətlə yaşayarlar. Albinizmin ən əsas səbəbi bədəndə melanin piqmentinin ya ümumiyyətlə olmaması, ya da çox az olmasıdır.

Cəmiyyətdə isə albinizmli insanlara qarşı bəzi stereotiplər və yanlış anlama vəziyyətləri mövcud ola bilər. Bəzi yerlərdə albinoslar hələ də nadir və ekzotik olaraq görülürlər, bu da onlara qarşı bəzi sosial çətinliklər yaradır.

Belə insanlardan biri də Şabran rayonunda anadan olan 15 yaşlı Ceylan Şükürovadır.

Bakuplus.az-a açıqlama verən Ceylan Şükürova deyir ki, albinosluğun ona kimdən keçdiyini bilmir:

“Albinosluq irsidir, gendən gələn bir hadisədir. Mənə kimdən keçdiyini bilmirəm. Ulu nənələrdə və ya ulu babalardan ola bilər. Albinosluq dəridə piqment azlığından əmələ gəlir. Belə insanların gözlərində melanin çatışmazlığı var və onların gözləri titrəyir. Titrəmənin səbəbi nistaqmus xəstəliyindəndir. Albinosların saçı ağ və ya sarı ola bilər. Albinos olmaq mənə həyatda sadəcə göz zəifliyi və dəriyə qulluqdan başqa heç bir çətinlik vermir”.

Cəmiyyətin albinoslara qarşı münasibətindən danışan Ceylan, bu fikirləri dəyişəcəyini hədəfləyib:

“Cəmiyyətin albinos insanlara qarşı münasibəti adama görə dəyişir. Bəziləri yaxşı mənada təəccüblənir, bəziləri isə pis mənada. Gələcəkdə istəyərəm ki, hər kəs albinosları başa düşsün və onları normal insanlardan ayırmasın. Albinoslar adi insandır, sadəcə rənglərinə görə fərqlənir. Bu bəyazlıq albinos insanların yaşam tərzinə mənfi təsir etmir.

Albinos olmağın xüsusi ehtiyacları var, məsələn, dəriyə qulluq. Albinos insanlar günəşə çıxarkən dərilərinə günəş kremi çəkməlidirlər, çünki günəşin ultrabənövşəyi şüaları albinoslara pis təsir edir. Əgər günəşin şüalarına çox məruz qalsalar, dəridə ləkə yarana bilər, dəri xərçəngi tuta bilərlər”.

Ceylan Şükürovanın gələcək məqsədi bloqer olmaqdır:

“Gələcək hədəfim tanınmış bloqer olub, albinos insanları gücləndirməkdir. Onlara cəsarət vermək, özlərinə inamlarını artırmaq istəyirəm. Elə buna görə gələcəkdə özümü həm dizayner, həm də tanınmış bloqer olaraq görürəm”.

Bu da belə... Albinizmli insanlar üçün daha inkluziv və məlumatlı bir cəmiyyət qurulması vacibdir, çünki albinizm xəstəlik deyil, sadəcə genetik bir xüsusiyyətdir. Albinosları anlamaq və dəstək çıxmaq onların həyatda daha rahat və bərabər imkanlara sahib olmalarını təmin edər.

Qeyd edək ki, mədəniyyətlərdə albinizmə dair fərqli inanclar və miflər də var. Bəzi yerlərdə albinosları "təbii güc" və ya "möcüzəvi varlıqlar" kimi görürlər. Amma bu yanaşma bəzən onları cəmiyyətdən təcrid etməyə və fərqli müalicə etməyə səbəb ola bilər.

Fidan İlqar

 

Son xəbərlər

Xəbər
Bu gün, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Oxşar xəbərlər