top
2024-cü ildə həyatını itirən məşhurlarımız - FOTO
30 dekabr 2024, 23:00
- ↺ +

2024-cü ildə həyatını itirən məşhurlarımız - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2024-cü il ilə vidalaşırıq. İlin bitməsinə sayılı günlər qalıb. 2024-cü il Azərbaycan üçün məşhurların itkisi ilə müşayiət olunub.

Bakuplus.az-ın əməkdaşı bu il vəfat edən tanınmışların siyahısını hazırlayıb.

Siyahını təqdim edirik:

Tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü yanvarın 5-də vəfat edib. 62 yaşlı tanınmış qarmon ifaçısı xərçəng xəstəliyindən əziyyət çəkirdi.

7 mart 2009-cu il Azərbaycan Respublikasında mədəniyyət sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adına layiq görülüb.

Məşhur müğənni, Əməkdar artist Aygün Hümmətova (Bəylər) yanvar 7-də Türkiyənin paytaxtı Ankara şəhərində dünyasını dəyişdi. 48 yaşlı sənətkar uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Azərbaycan Respublikasının əməkdar artisti adına 2002-ci ildə layiq görülüb.

Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Çingiz Hüseynov yanvarın 8-də 94 yaşında vəfat edib. O, 1989-cu ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülüb.

Əməkdar artist Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra yanvarın 22-də vəfat edib.

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova uzun sürən xəstəlikdən sonra fevralın 6-da 92 yaşında vəfat edib. 1970-ci ildə Azərbaycan SSR xalq artisti adını alıb.

Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlı fevralın 22-də vəfat edib. O, 81 yaşında bu dünya ilə vidalaşıb. Yazıçı Əməkdar incəsənət xadimi (2003), Azərbaycan xalq yazıçı (2006) adlarının sahibi, Şöhrət və Şərəf ordenlərinin laureatıdır.

Aktrisa Naibə Əlibəyova martın 6-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Tanınmış xanəndə, əməkdar artist Sahibə Əhmədova martın 16-da vəfat edib.

Əməkdar artist Rahib Əliyev martın 28-də dünyasını dəyişib. 2006-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülüb.

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli  aprelin 17-də dünyasını dəyişdi. On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Tanınmış müğənni, Əməkdar artist Cavanşir Məmmədov aprel 20-də, 70 yaşında vəfat edib. Cavanşir Məmmədov dövlət başçısının müvafiq sərəncamı ilə 2005-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova  aprelin 25-də dünyasını dəyişib. Kimya Elmləri doktoru (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən), alim, dövlət xadimi və ictimai xadimi olub.

Azərbaycan Respublikasının sabiq müdafiə naziri Dadaş Rzayev mayın 27-də vəfat edib.

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev iyulun 22-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 1992-ci ildən Milli Məclis Aparatında işləyib.  6 fevral 1997-ci ildən isə Milli Məclis Aparatının rəhbəri olub.

Tarixçi-professor Nəsiman Yaqublu avqustun 25-də ağr yol-nəqliyyat hadisəsində vəfat edib. Bakı Dövlət Universitetində müəllim işləyən professor Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd idi. Zəngilandan seçicilərlə görüşdən qayıdırkən idarəetməni itirərək maşını yol kənarına aşırıb.

Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədov oktyabrın 18-də dünyasını dəyişib.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Bu gün, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Bu gün, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Oxşar xəbərlər