top
33 ildir Bakıya gəlmirdim, bura çox dəyişib - COP29-un afrikalı iştirakçısı ilə ÖZƏL MÜSAHİBƏ - VİDEO
22 noyabr 2024, 03:02
- ↺ +

"33 ildir Bakıya gəlmirdim, bura çox dəyişib" - COP29-un afrikalı iştirakçısı ilə ÖZƏL MÜSAHİBƏ - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Son illər ərzində Bakı çox dəyişib. Burada universitet bitirmişəm. 33 ildir Bakıya gəlmək imkanım olmamışdı”.

Bunu Bakuplus.az-a müsahibəsində COP29-un afrikalı iştirakçısı Musa Konate deyib.

Musa Konate saytımıza bildirib ki, o, Bakıya ilk dəfə 1988-ci ildə gəlib:

“Mən Burkina-Fasoluyam. Bakıya 1988-ci ildə gəlmişəm. 1988-1991-ci illərdə burada təhsil almışam. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişəm. Şərifzadə küçəsindəki yataqxanada qalırdım. 1991-ci ildə Bakıdan getdim. 33 ildir Bakıya gəlmək imkanım olmamışdı, çox təşəkkür edirəm ki, COP29 sayəsində yenidən Vətənim Bakıya gəlmək şansım oldu. Bunun üçün Azərbaycana çox təşəkkür edirəm. Düşünürəm ki, son illər ərzində Bakı çox dəyişib. Tamam başqa şəhərdir sanki. Çox müasir şəhərdir. Bununla fəxr edirik. İndi insanlar da bilir ki, Azərbaycan çox böyük və güclü dövlətdir. COP29 sayəsində insanlarda bunu biləcəklər və bizim harada təhsil aldığımızı görəcəklər”.
O, ölkəmizin insanlarının qonaqpərvər olduğunu xüsusi vurğulayıb:

“Burada insanlar çox qonaqpərvərdirlər. Bu ölkə bizi cavan olanda necə qonaqpərvər qəbul etmişdisə, indi də eyni qonaqpərvərliyi COP29-da digər ölkələrin nümayəndələrinə göstərir. Bu çox vacibdir. Burada həm bizə, həm də bütün xarici qonaqlara çox gözəl davranırlar”.
Müsahibimiz Azərbaycan və rus dillərini necə öyrəndiyini də deyib:

“Rus dilini Bakıda öyrənmişəm. Əvvəl Kiyevdə, sonra 1-2 kursu Odessada oxumuşam, 3-5-ci kursları isə Bakıda keçirmişəm. Bu, mənə rus dilində danışmağa imkan verdi. Halbuki, çoxdandır rus dilində danışmıram, amma çalışıram ki, bunu edim. Demək olar ki, Azərbaycan dilini unutmuşam. Yadımda qalanlar "salam", "necəsən", "yaxşıyam", "çox sağ ol" (gülür). Düşünürəm ki, Azərbaycan dilini yenidən öyrənəcəm”.
Milli yeməklərimizdən danışan afrikalı müsahibimiz mətbəximizin təamları ilə tanış olduğunu deyib:

“Əlbəttə, çox yemişəm. Burada çox dostlarım var. Mən onlarla birlikdə kabab yedim və digər Azərbaycan milli yeməklərini daddım. Dünən biz məzun olduğumuz universitetin rektoru və dostlarım ilə birlikdə yeməkdə idik. Xoş günləri xatırlayırdıq”.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Xəbər
Bu gün, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Xəbər
Dünən, 17:24

Bakıda yeniyetmə futbol oynadığı zaman cinayət törətdi

Xəbər
Dünən, 17:00

Lavrov Bakıya gələcək

Siyasət
Dünən, 16:56

Şavkat Mirziyoyev Bakıya gəlir

Siyasət
Dünən, 16:40

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Xəbər
Dünən, 15:58

Azərbaycanlılar ən çox nəyə pul xərcləyirlər? – SİYAHI AÇIQLANDI

Xəbər
Dünən, 15:11

Bakıda ər arvadını kreditə görə döydü

Xəbər
Dünən, 13:48

Bakıda qonşular içki içib 30 manata görə dalaşdılar

Xəbər
Dünən, 13:05

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 12:02

"Bakı Ağac Emalı" ASC-də baş verən partlayışla bağlı yenidən kassasiya şikayəti verilib

Xəbər
Dünən, 11:54

Bakıda arvadını qətlə yetirən türkiyəli iş adamı MİRASDAN MƏHRUM EDİLDİ

Xəbər
Dünən, 11:38

AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb

Aktual Xəbərlər
Dünən, 10:16

Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Aktual Xəbərlər
Dünən, 09:46

AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə dələduzluq

Aktual Xəbərlər
Dünən, 09:19

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub - RƏSMİ

Xəbər
Dünən, 09:11

Bakının bir sıra ərazilərində qaz kəsiləcək

Xəbər
Dünən, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Xəbər
13 oktyabr 2026, 17:45

"Sərxoşluğu mənə xoş gəlmədi" — Bakıda kafedə Polşa vətəndaşını bıçaqladı

Aktual Xəbərlər
13 oktyabr 2026, 16:27

136 saylı məktəbdəki insidentdə iki şagird xəsarət alıb

Aktual Xəbərlər
13 oktyabr 2026, 13:33

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Aktual Xəbərlər
13 oktyabr 2026, 12:48

Sabah hava necə olacaq?

Xəbər
13 oktyabr 2026, 11:44

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

İdman
13 oktyabr 2026, 11:17

"Neftçi" azarkeşlərinə görə 5000 manat cərimələndi

Oxşar xəbərlər