top
“Afaq xanımın “Bəxt üzüyü” filmi ilə bağlı uydurmalarından sonra atam onunla danışmadı” - Xədicə Əzizbəyli
14 yanvar 2025, 23:12
- ↺ +

“Afaq xanımın “Bəxt üzüyü” filmi ilə bağlı uydurmalarından sonra atam onunla danışmadı” - Xədicə Əzizbəyli

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Atamın sənət fəaliyyəti bu gün yetərincə işıqlandırılmır. İnsan sağ ikən xatırlanır. Cismi gedəndən, özü olmayandan sonra gec-gec xatırlanır. Amma sənət adamları unudulmamalıdır. Adi insanlarla sənət adamları arasında fərq bundan ibarətdir ki, filmləri göstərildikcə, dublyajda səsləri eşidildikcə onlar xatırlanmalıdır. Təəssüf ki, atam 3-4 film çəkdi. Çox filmləri səsləndirib. Efirləri izləyirəm, nədənsə tərəf müqabilləri o filmlərdən danışır, amma atamın adını çəkmirlər. Bu, bir az təəssüfləndiricidir. Unudulmaq yaxşı şey deyil. Atamın dünyasını dəyişməsindən cəmi 4 il keçib, bununla belə çox az xatırlanır”.

Bunu moderator.az-a açıqlamasında xalq artisti Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli deyib. O, daha sonra əlavə edib:

“Azərbaycan incəsənətinin elə bir sahəsi yox idi ki, atam töhfə verməsin. Tələbələrindən bir-ikisini çıxmaq şərtilə heç biri dəfnə gəlmədi. İslam Mehrəliyev və bir də adını bilmədiyim başqa biri gəlmişdi. Bu qədər tələbəsi olub atamın, 8 il xəstə yatağında olanda yalnız bir-ikisi gəldi. Amma sağlam olanda yanından çəkilməyənlər var idi ki, atamdan onlara xeyir gəlirdi. Bu insan xislətidir də. Əksər insanlar belədir. Əlindən tutub sənətə gətirdiyi insanlar var idi ki, heç biri dəfndə iştirak etmədi. Elə bil ki, heç belə bir insan olmayıb”.

“Atamın adını danışmadığı həmkarlarının, ələlxüsus da Afaq Bəşirqızı və Rasim Balayevin adı ilə birgə çəkirlər. Buna görə çox əsəb keçirirəm. İşin əslini bilməyən tamaşaçılar var. Çevrəmizdəki insanlar çox yaxşı bilir ki, atam onlardan niyə küsüb. Təkcə tamaşaçılar bilmir. Nə gəldi yazırlar, adama da təsir edir. Atam heç kimlə küsülü olmayıb. Təkcə o iki insandan başqa. Rasim Balayevlə atam çox yaxın dost olublar. Ailədaxili söhbətlərdən sonra araları dəydi. Atam heç vaxt bu söhbətləri açıb danışmayıb. Ağır təbiətli insan idi. Afaq xanımla da arasında olan problemlər “Bəxt üzüyü” filmi ilə bağlı fikirlərdən sonra yarandı. Çünki bu, Afaq xanımın uydurmaları, söz atmaları idi. Atam ona heç fikir vermirdi. Bu iki sənətkar nə atam xəstə yatanda ona baş çəkdilər, nə də dünyasını dəyişəndən sonra bizə başsağlığı verdilər. Əslində onların arasındakı söz-söhbətlər də xırda məsələlər üzərində olmuşdu. İnsani münasibətlər tamam başqadır. Atam xəstə yatağında olanda əksər sənət dostları yanına gəlirdi. Hətta bəzilərinə özü zəng edirdi. Gələnlər də sağ olsun, gəlməyənlər də” - deyə Xədicə Əzizbəyli onu narahat edən mövzulardan danışıb.

 

Son xəbərlər

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
17 oktyabr 2026, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
17 oktyabr 2026, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
17 oktyabr 2026, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
17 oktyabr 2026, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
17 oktyabr 2026, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
17 oktyabr 2026, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
17 oktyabr 2026, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
17 oktyabr 2026, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
17 oktyabr 2026, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
17 oktyabr 2026, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
17 oktyabr 2026, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
17 oktyabr 2026, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
17 oktyabr 2026, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
17 oktyabr 2026, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Oxşar xəbərlər