top
“Atamla uzun müddət münasibətim olmayıb, səbəbkarı əmimdir” - Kəsəmənli ailəsində QALMAQAL
27 mart 2025, 03:06
- ↺ +

“Atamla uzun müddət münasibətim olmayıb, səbəbkarı əmimdir” - Kəsəmənli ailəsində QALMAQAL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Məsələni böyütmək istəmirəm, yaxud da qarşı tərəfi gözdən salmaq niyyətim yoxdur".

Bunu Bakuplus.az-a açıqlamasında aktyor Cavidan Kəsəmənli deyib.
O, son günlər əmisi Rəşad Kəsəmənli ilə aralarındakı qalmaqaldan danışıb:
"Atamla uzun müddət münasibətim olmayıb. Bunun da səbəbkarı əmimdir. Ailədaxili məsələlər olduğu üçün bu barədə ətraflı danışmaq istəmirəm. Çox təəssüflər olsun ki, son illər baş verən hadisələrdə əmim doğmalığını hiss etdirmədi. Bütün özəl günlərimdə özünü uzaq tutdu. Əsas məsələ isə övladım olandan sonra başladı. Həmin dövrdə heç nə ilə maraqlanmadı. Övladım dünyaya gələn gün özü də bilirdi ki, mən təkəm, atam yanımda yoxdur. Ancaq yenə də övladımı qarşılamağa gəlmədi. Halbuki buna səbəb olacaq heç nə yaşanmamışdı. Özü də mənim ilk övladım idi.
Mən oradan tək çıxdım, yanımda yalnız dostlarım vardı. Artıq həmin vaxt müəyyən soyuqluq yaranmışdı. Buna baxmayaraq, oğlumun bir yaşını qeyd edəndə onu da dəvət etdim. Ancaq nə əmim özü gəldi, nə də övladlarını göndərdi. Bu da o deməkdir ki, mən səni saymıram. Sonradan oğlumla paylaşdığı şəkilləri görənlər deyə bilər ki, gəlib uşaqla maraqlanıb. İnanın ki, həmin şəkillər publikaya göstərmək üçün idi və şəkildən artığı olmayıb. Yenə də mən aramızdakı soyuqluq bəlli olmasın deyə məsələni uzatmadım. Əgər qalmaqal arxasınca qaçsaydım, elə həmin vaxt bunu edərdim. Ümumiyyətlə, bu hadisə baş verənə qədər onun haqqında heç yerdə bir kəlmə pis nəsə danışmamışam. Əgər əksini iddia edirsə, mən onunla söhbət etməyə hazıram".

Cavidan əmisinin sözügedən statusu aralarındakı mübahisədən sonra yazdığını bildirib: "Problemin kulminasiyası isə bir neçə gün öncə oldu. Söhbət əsnasında o məni təhqir etdi. Əlimdə səs yazısı da var. Mən də cavab verdim ki, bir də mənimlə belə danışma. Artıq 31 yaşım və bir övladım var. Üzərimdə heç bir haqqı olmayan insanın mənimlə bu tonda danışmağı qüruruma toxundu. Bu söhbətdən sonra da əmim belə bir paylaşım etdi. Halbuki mənim məsələni ictimailəşdirmək kimi bir fikrim yox idi.
Sadəcə onun yazdığına cavab vermək məcburiyyətindəydim. Biz eyni sferadayıq. O, elə bir çağırış edəndə ortaq tanışlarımızda avtomatik olaraq mənə qarşı antipatiya yaranır. Əgər buna cavab verməsəydim, deyəcəkdilər ki, yəqin Cavidan gözü kölgəli olduğu üçün susur. İstənilən halda o özü də bilir ki, söhbət dərinləşsə, uduzan tərəf mən olmayacam".

Qarşı tərəflə əlaqə saxlasaq da, Rəşad Kəsəmənli bu haqda danışmaq istəmədiyini bildirdi.

Qeyd edək ki, Rəşad Kəsəmənli mərhum şair Nüsrət Kəsəmənlinin oğlu, Cavidan isə nəvəsidir.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər