top
Attestasiyadan kəsilən müəllim 7 il əvvəl rəhmətə gedən direktoru sağ bilirmiş...
15 aprel 2025, 04:11
- ↺ +

Attestasiyadan kəsilən müəllim 7 il əvvəl rəhmətə gedən direktoru sağ bilirmiş...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bugünlərdə Mədəniyyət Nazirliyinin keçirdiyi müəllimlərin attestasiyası prosesindən uyğun nəticəsi olmayan müəllimlərin müsahibələri, fikirləri geniş tirajlanır.

Bəziləri deyir ki, bəs Mədəniyyət Nazirliyinin əsas məqsədi müəllimləri kəsməmək deyildi?

Niyə 1760 müəllimin 492-si uyğun hesab olunmadı?

Attestasiya komissiyasının sədri, Bakı Musiqi Akademiyasının professoru, fortepiano kafedrasının dekanı Nəzakət Rimazi deyir ki, əslində müəllimlərə güzəşt edilib.

"Əgər attestasiya zamanı biz müəllimlərə verilən suallarda, onların ifası ilə bağlı tapşırıqlarda güzəştə getməsəydik, ən azı uyğun olmayan müəllimlərin faizi indiki kimi -25-26 faiz deyil, 56-60 faiz olardı", - o qeyd edib.

Attestasiya komissiyasının üzvü, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin müəllimi Muxtar Abseynov isə qeyd edir ki, əgər onun iştirak etdiyi komissiyanın niyyəti müəllimləri kəsmək olsaydı, hər üç müəllimdən ikisi bu imtahanda keçməməli idi: "Təəssüflə deməliyəm ki, biz bir çox hallarda müəllimlərin attestasiyadan keçməsi üçün onlara güzəşt edərək, daha asan suallar verir və əsərlərin səsləndirilməsini təklif edirdik".

Bu təxminən 50 nəfərlik komissiya üzvünün ancaq ikisinin rəyidir. Bəs, niyə musiqi məktəblərinin müəllimlərinin nəticələri ürəkaçan deyil?

Modern.az məsələnin səbəblərini araşdırıb.

Bu gün ölkəmizdə Naxçıvan Muxtar Respublikası istisna olmaqla 211 musiqi, incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə təxminən 57 min nəfər şagird təhsil alır. 57 min şagirdə 13 min müəllim dərs keçir. Bunlar təkcə statistika deyil, həm də dərindən aparılan araşdırmanın təsbit etdiyi mifdir! Bəli məhz mif!

Əgər həqiqəti bilsək, bu məktəblərdə oxuyan uşaqların ən yaxşı halda 60%-i dərslərə gəlir, digər qalanı isə ancaq 5 ildən sonra şəhadətnamə alanda məktəbdə peyda olur. Bundan isə həm müəllim xoşbəxtdir, həm də məktəb direktoru...

Hər bir uşağa isə dövlətimiz nə az, nə çox 3700 azn pul xərcləyir. Bu orta məktəbdə oxuyan şagirdə düşən xərcdən təxminən 2 dəfə çoxdur. Təsəvvür edin, əgər bir musiqi məktəbində 300 uşaq təhsil alırsa və bunun 180 nəfəri demək olar ki, dərsə ancaq 1-ci il və bir də 5-ci və ya 7-ci ilin sonunda gəlirsə bu nə deməkdir? Bu təxminən hər il 600 min manat dövlət pulunun boşa xərclənməsidir. Yer gəlmişkən, keçilməyən dərs, həm də dərs keçməyən müəllim deməkdir.

Attestasiyanın “qəhrəmanı”, gəncəli müəllim Günay xanımın dediyi keçməyən müəllimlərin “çörəkpulu” məsələsi isə bir çox hallarda alın təri ilə qazanılan halal qazanc deyil, faktiki mövcud olmayan dərslərin aylıq “məvacibləridir”. Bu vəziyyətdən həm müəllim, həm də musiqi məktəbinin direktoru da qazanır. Məsələn, 24 saat (2 stavka) dərs deyən müəllimin orta aylıq əməkhaqqı 850 AZN-dir. Attestasiyadan keçməyən müəllimlərin 50 faizdən çoxunun dərs saatı 2 stavkadan çoxdur. Başqa bir fakt. Ötən il Gədəbəyin Zəhmətkənd musiqi məktəbində aparılan yoxlama zamanı, cəmi 200 nəfər “şagirdi” olan bu məktəbdə korrupsiyanın miqdarı 1 milyon manata yaxın idi. Deməli, keçilməyən dərs, korrupsiya ilə qazanılan milyonlar, məktəbə gəlməyən uşaq və müəllim, uduzan musiqi təhsilimiz, mədəniyyət... Sosial  medianın klik qəhrəmanları isə insanlara yalanı qışqıraraq, pafosla elə söyləyirlər ki, bəzən adamları inandıra bilirlər.

Başqa bir fakt. Bu yaxınlarda attestasiyadan keçməyən müəllimlərin şikayətlərini  araşdırarkən çox unikal bir fakt üzə çıxdı. Deməli, attestasiyadan kəsilən müəllim,  Mədəniyyət Nazirliyinə məktəb direktorundan şikayət yazıb. Şikayətdə bildirir ki, filankəs direktor onun əmək müqaviləsinə xitam verib və sair. Maraqlısı budur ki, həmin direktor 2018-ci ildə, yəni 7 il əvvəl rəhmətə gedib. Buradan aydın olur ki, şikayətçi müəllim 2018-ci ildə vəfat etmiş direktorundan hələ də xəbəri yoxdur.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Xəbər
16 oktyabr 2026, 15:39

"Meyvəli"dən fındıq oğurlayan arabaçılar TUTULDU

Xəbər
16 oktyabr 2026, 15:15

Azərbaycanda çevrilişə çağırış edən Türkiyə vətəndaşı axtarışa verildi

Aktual Xəbərlər
16 oktyabr 2026, 14:41

Azərbaycanda mənzillər bahalaşıb

Aktual Xəbərlər
16 oktyabr 2026, 14:39

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Oxşar xəbərlər