top
Avroviziyada finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
14 may 2025, 23:41
- ↺ +

"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məlumat verdiyimiz kimi, Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edən "Mamagama" qrupu finala keçə bilməyib.

Bakuplus.az xəbər verir ki, qrup sosial media hesabında yarışma ilə bağlı paylaşım edib:

"Əziz dostlar, hər saniyə yarımfinal çıxışımıza olan dəstək və sevgi dolu mesajlar gəlir. Bu yolu sizinlə birgə keçdiyimiz və sizi sevindirə bildiyimiz üçün sonsuz xoşbəxtik. Hansı ki, bu bizim üçün ən vacib olanıdır. Finala keçəcəyimizi gözləyənlərdən üzr istəyirik və sizdən rica edirik ki, məyus olmayasınız. Biz əlimizdən gələni etdik, səhnədə tam səmimi olduq və bütün emosiyalarımızı verdik.

Bizə azarkeşlik edən və canlı yayımla bizi izləyən hər kəsə sonsuz təşəkkür edirik. Sizin dəstəyinizi və sevincinizi hiss etdik. Ölkəmizdə hələ çox istedadlı ifaçılar var və biz onlara gələcək müsabiqələrdə uğurlar arzulayırıq. Əsas odur ki, biz sübut etdik ki, Azərbaycanda yaxşı musiqi yaradılır və hər zaman yaradılıb.

Dostlarımıza, yaxınlarımıza və İTV komandamıza dərin təşəkkür edirik. Siz bizə inandınız və böyük iş gördünüz. Bunu heç vaxt unutmayacağıq.

Ruhdan düşmürük və bu, bizim üçün böyük motivasiyadır, irəliləməyə davam edəcəyik. Hazır materiallarımız çoxdur və sizinlə paylaşmaq üçün səbirsizlənirik".

Xatırladaq  ki, bu il ölkəmizi "Avroviziya"da "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.

Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər