top
Aygünün qalmaqallı mahnısına bəstəkar açıqlama verdi - VİDEO 
14 yanvar 2025, 01:34
- ↺ +

Aygünün qalmaqallı mahnısına bəstəkar açıqlama verdi - VİDEO 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aygün Kazımovanın yeni “Can ol” mahnısı “Youtube”da 3 həftə ərzində 10 milyondan çox izlənərək böyük uğura imza atıb. Ancaq mahnının ikinci bəndindəki “yay çıxıbdır oxdan” misrası bəzi dinləyicilər arasında müzakirələrə səbəb olub.

Bakuplus.az xəbər verir ki, sözlərin müəllifi “YAP10” ləqəbi ilə tanınan Zamiq Əliyev mövzuya aydınlıq gətirmək üçün şəxsi “Instagram” hesabında açıqlama yayıb.

Reper bildirib ki, mahnının sözləri məcazi məna daşıyır və burada reallıq yoxdur:

“Hər kəsə salam. Mən Zamiq Əliyev, bəstəkar, yazar, rep təxəllüsüm YAP10. Son günlər aktual olan “Can ol” mahnısının bəndinin sonuncu misrasına görə bu videonu çəkməyə özümə borc bildim. Uzatmadan məsələyə aydınlıq gətirmək istəyirəm. Ədəbiyyatımızda fikirlərimizi daha dolğun, daha qüvvətli ifadə etmək üçün təşbeh, mübaliğə, epitet və s. bədii təsvir vasitələri var. Mən burada sətrə “sanki” sözü ilə başlamışam: “Sanki dərmişəm qızıl alma bağdan, çoxdan yay çıxıbdır oxdan”. Yəni reallıqdan söz gedə bilməz. Necə ki qızıl alma yoxdur, onu bağdan dərmək mümkün deyil. Və yay da oxdan çıxmır, ox yaydan çıxır”.

Söz yazarı onu başa düşməyən dinləyiciləri qınayıb:

“Bunun elə gözəl fərqindəyəm ki, sizin deməyinizə ehtiyac yoxdur. Siz, məncə, bunu başa düşməliydiniz. Yenə də deyirəm, həmin sətirdə mübaliğədən, məcazdan istifadə olunub. Mübaliğəni bilməyən insanlara onu demək istəyirəm ki, mübaliğə bir fikrin şişirdilməsinə deyilir. Burada heç bir reallıqdan söhbət gedə bilməz.

Son olaraq onu demək istəyirəm ki, mən bu işdə yeni deyiləm, xalq artistləri ilə çalışmışam. Aygün Kazımova, Zamiq, Miri Yusifin bir çox mahnıları mənə aiddir. Ümidvaram ki, ağlınızda olan suallara cavab verə bildim. Təşəkkür edirəm. Minnətdaram”.

Son xəbərlər

Xəbər
Bu gün, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Bu gün, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Bu gün, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Oxşar xəbərlər