top
Azərbaycanın tanınmış tarzəninin doğum günüdür
19 fevral 2025, 01:56
- ↺ +

Azərbaycanın tanınmış tarzəninin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan tarzəni, SSR əməkdar artisti Muradov Məmmədağa Məmmədhəsən oğlunun doğum günüdür.

M.Muradov 1921-ci ildə Bakı şəhərində anadan olub. Qədim klassik janr olan muğamın görkəmli ustadları Mansur Mansurov, Qurban Pirimov, Bəhram Mansurov bu şəhərdə gənc tarzənin yaradıcılığının inkişafına, onun mahir tarzən kimi yetişməsinə müsbət təsir göstəriblər.

M.Muradov gənc yaşlarından ifaçılığa başlamış və o, 1937-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinə qəbul olunub. O, tez bir zamanda orkestrin solisti olub, daha sonra isə konsertmeyster vəzifəsində çalışıb.

M.Muradov eyni zamanda Bakının bir sıra musiqi məktəblərində, o cümlədən A.Zeynallı adına musiqi məktəbində uzun müddət müəllim işləmiş, istedadlı gənc tar ifaçılarının yetişməsində böyük rolu olub.

Qurban Primovun yetirməsi olmuş, onun ifaçılıq ənənələrini davam etdirib. O, ADF-nın solisti kimi çalışıb. Görkəmli tarzən Xan Şuşinskini, Zülfi Adıgözəlovu müşayiət etmiş və həmin ifalar qrammofon vallarında həkk olunub. M.Muradov Azərbaycan muğamlarının mahir solo ifaçısı kimi də tanınıb.

Azərbaycanda tar ifaçılığı sənətinin inkişafı və təbliğində görkəmli tarzən, respublikanın əməkdar artisti Məmmədağa Muradovun xüsusi yeri var. O, yaradıcılığının çiçəkləndiyi bir dövrdə — ömrünün 48-ci ilində həyatdan köçüb. Lakin bu qısa ömrü ərzində incəsənətimizin, tar sənətinin bütün dünyada tanınmasında əlindən gələni əsirgəməyib. Onun özünəməxsus ifa tərzi, şirin barmaqları, yüksək çalğı texnikası bu gün də gənc sənətçilərə bir örnək olaraq qalır.

Son xəbərlər

Xəbər
Bu gün, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Bu gün, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Oxşar xəbərlər