top
Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK - Məbləği 50 min manat olacaq
04 dekabr 2025, 17:35
- +

Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK - Məbləği 50 min manat olacaq

Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq.

Apa.аz xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib.

Mükafatla bağlı bəzi detallar da məlum olub. Belə ki, mükafat Prezident Fərmanı ilə təsdiq ediləcək.

Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək.

Mükafata iki kateqoriya üzrə əsər qəbulu mümkün olacaq: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr).

Müsabiqəyə hər nəşriyyat 2 əsər, hər ədəbi orqan isə tamamilə çap etdiyi 1 əsər təqdim edə bilər.

Əsərlərin qiymətləndirilməsi bir neçə mərhələ üzrə aparılacaq. Birinci mərhələdə sentyabr ayında Ekspertlər Şurası tərəfindən 10 əsərdən ibarət uzun siyahı tərtib ediləcək. Noyabr ayında isə xüsusi komissiya 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcək. Elə həmin ay isə Azərbaycan Kitab Mükafatının laureatı elan olunacaq.

Qısa siyahıya düşən digər 4 nəfərin hər birinə 2000 manat ödəniləcək.

Mükafatın final mərhələsi şou formatında olacaq, canlı yayımlanacaq. Səsvermə və nəticə ekranda görünəcək. Dünya şöhrətli yazarlar mərasimdə iştirak edəcək.

Qeyd edək ki, yeni təsis ediləcək Azərbaycan Kitab Mükafatı Azərbaycan Respublikasında elm və mədəniyyət xadimlərinə verilən Dövlət mükafatının ədəbiyyat kateqoriyasını əvəz edəcək.

Son xəbərlər

Xəbər
Dünən, 17:09

Səhiyyə Nazirliyi uşaqları bağçaya gedən valideynlərə müraciət edib

Xəbər
Dünən, 16:10

Küləyə qarşı "tədbir": Soyuducu-vitrini ağaca bağladılar - VİDEO

Xəbər
Dünən, 15:17

Azərbaycanda balıq ovu mövsümü açıq elan edildi

Xəbər
Dünən, 14:20

Məktəbdən NARAZILIQ: "Bəs nazirlik nə işlə məşğuldur?" - VİDEO

Xəbər
Dünən, 13:22

Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsi başlayır

Xəbər
Dünən, 12:42

Sabiq kanal rəhbərinin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş

Xəbər
Dünən, 12:10

Damı təmir edirdi, yıxılaraq öldü

Xəbər
Dünən, 11:10

Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi

Xəbər
Dünən, 10:18

"Bravo"dan yağ oğurlayan şəxs həbs edildi

Xəbər
Dünən, 09:35

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Xəbər
31 avqust 2026, 18:00

Sabah Hövsanda su olmayacaq

Xəbər
31 avqust 2026, 17:30

"28 May"da narazılıq yaradan küçə ticarəti yığışdırıldı - YENİLƏNİB

Xəbər
31 avqust 2026, 16:49

Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi

Xəbər
31 avqust 2026, 16:27

Toyundan əvvəl qaçan 17 yaşlı qızın ailəsi nəzarətə götürüldü

Xəbər
31 avqust 2026, 15:50

Azərbaycanda bu il 12 erkən evlilik cəhdinin qarşısı alınıb - RƏSMİ

Xəbər
31 avqust 2026, 14:50

Qaradağda anbardan 70 min manatlıq oğurluq

Xəbər
31 avqust 2026, 13:55

Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır

Xəbər
31 avqust 2026, 13:53

"Həzi Aslanov"da küçə alverindən sonra biabırçı mənzərə" - ŞİKAYƏT

Xəbər
31 avqust 2026, 13:00

Bakıda hoteldə ŞOK OLAY: kişinin ürəyi dayandı

Xəbər
31 avqust 2026, 12:39

Leysan olacaq, şimşək çaxacaq

Xəbər
31 avqust 2026, 12:08

Ağır qəza keçirən Xalq artistinin SON DURUMU

Xəbər
31 avqust 2026, 10:44

Müəllimlərin MAAŞI ARTACAQ - bu imtahandan sonra

Xəbər
31 avqust 2026, 10:14

Evə sərxoş gələn qardaşını döydü - "Anamın üzərinə hücum çəkdi"

Xəbər
31 avqust 2026, 09:35

Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq

Oxşar xəbərlər