top
Bu gün azərbaycanlı cazmen Pərviz Rüstəmbəyovun doğum günüdür
07 yanvar 2025, 06:00
- ↺ +

Bu gün azərbaycanlı cazmen Pərviz Rüstəmbəyovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pərviz İsmayıl bəy oğlu Rüstəmbəyov 1922-ci il yanvarın 7-də Bakıda anadan olub.

Bakuplus.az xəbər verir ki, Pərviz Rüstəmbəyov 15 yaşından etibarən saksofon alətində ifa etməyə başlayır. Atası isə bu seçimdən narazı olur. Çünki o, oğlunun toylarda ifa edə biləcəyi bir musiqi aləti seçməsini istəyirdi.

1940-cı ildə 18 yaşında ikən Tofiq Quliyev onu “Sənətkarlıq” kinoteatrında çıxış edən orkestrinə dəvət edir.

1944-cü ildə Bakıda qastrolda olan məşhur cazmen Eddi Rozner Pərviz Rüstəmbəyovun istedadını görür və onu öz orkestrına dəvət edir. Pərviz bu dəvəti qəbul edir və Roznerin orkestrində ifa etməyə başlayır. Orkestrlə birlikdə konsertlərdə ifa edən Pərviz, bir müddət Moskvada yaşayır.

Moskvada dostları ilə birgə “Metropol” restoranında şam edərkən, orada çıxış edən caz orkestrinin üzvləri Pərvizi tanıyaraq onu ifa üçün səhnəyə dəvət edirlər. Amerika klassiklərinin musiqilərini ifa etməsi restorandakı amerikalıların marağına səbəb olur. İfadan sonra onlar Pərvizlə tanış olub, onu ABŞ-a dəvət edib və cazın vətənində təcrübə qazanmağı təklif edirlər.

Amerikalıların dəvəti ilə ifaçı ABŞ səfirliyinə gedir. Səfirlikdə mədəniyyət attaşesi ilə görüşmək istəsə də, onu yerində tapmayaraq geri qayıdır. Səfirlikdən çıxdıqdan sonra sivil geyimli iki DTK üzvü ona yaxınlaşıb, Amerika səfirliyində nə etdiyini soruşurlar. Pərviz isə səfirliyə nə üçün getdiyini onlara açıqlayır. Sonradan Pərvizdən Moskvanı tərk etməsi istənilir. Növbəti günlərdə də izlənildiyini hiss edən Pərviz məsləhət üçün o vaxt Moskvada olan Tofiq Quliyevin yanına gedir. Tofiq Quliyev isə ona pul verərək təcili bilet alıb Bakıya qayıtmağını tapşırır.

Bakıya qayıtdıqdan sonra öz orkestrini yaratmaq qərarına gəlir. Əvvəlcə “Qırmızı Şərq”, sonra isə “Sənətkar” kinoteatrında öz orkestri ilə birlikdə çıxış etməyə başlayır. Lakin 1949-cu ilin yanvar ayında "Qərbə pərəstişkarlıq" etməkdə təqsirləndirilərək işdən azad olunur.

İşdən qovulduqdan sonra bir müddət iş tapa bilmir. Daha sonra vağzal yaxınlığında kiçik bir restoranda işə düzəlir. Dörd aydan sonra, 1949-cu il mayın 20-də Pərviz Rüstəmbəyov “antisovet və amerikapərəst əhval-ruhiyyəli şəxs” ittihamı ilə həbs olunur.

O, 1949-cu ilin dekabrın 29-da həbsxanada müəmmalı şəkildə dünyasını dəyişir.

Qeyd edək ki,  Pərviz Rüstəmbəyov caz musiqisi ilə muğamı sintez edən ilk cazmen olub.

 

Son xəbərlər

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
17 oktyabr 2026, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
17 oktyabr 2026, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
17 oktyabr 2026, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
17 oktyabr 2026, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
17 oktyabr 2026, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
17 oktyabr 2026, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
17 oktyabr 2026, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
17 oktyabr 2026, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
17 oktyabr 2026, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
17 oktyabr 2026, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
17 oktyabr 2026, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
17 oktyabr 2026, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
17 oktyabr 2026, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
17 oktyabr 2026, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Oxşar xəbərlər