"Pis nümunə olan insanları ölkədən deport etsinlər".
Bu sözləri aktyor Elməddin Cəfərov kulis.az-a müsahibəsi zamanı deyib.
O bildirib ki, qadın obrazını yamsılamaqla insanları güldürmək istəmir:
"Desəm, bir az inciyəcəklər. Kişinin qadın paltarı geyinib oynaması... Demirəm ayıbdır, pisdir, yox, amma mən bacarmıram və etmək də istəmərəm. Bu yaşıma qədər etməmişəm, bundan sonra da edəcəyimi düşünmürəm. Bir şeyi də deyim ki, kaş Azərbaycanda sosial şəbəkələrə nəzarət komitəsi olardı. Pis nümunə olan insanların sosial şəbəkələrə girişinə tamamilə məhdudiyyət qoyulmalıdır. Ya da o adamları ən yaxşı halda deport etsinlər ölkədən".