Aktrisa Zümrüd Qasımovanın səhhətində problem yaranıb.
Bakuplus.az xəbər verir ki, o, bununla bağlı sosial media hesabında paylaşım edib.
Aktrisanın sözlərinə görə, yenidən əməliyyat olunmalıdır:
"13 ildir hər 6 aydan bir yoxlanıram. Hər dəfə həkimin yanından çıxanda üzüm gülür. Amma bu dəfə bir əməliyyata ehtiyac olduğunu öyrəndim. Hələ ki, düşünürəm".
Xatırladaq ki, xərçəngdən əziyyət çəkən aktrisa bir neçə il əvvəl onkoloji xəstəlikdən sağaldığını açıqlamışdı.