Müğənni Samir Bağırov haqqında çıxan şayiələrlə bağlı danışıb.
Bakuplus.az xəbər verir ki, "Özəl" proqramına qonaq olan müğənni hətta öldüyünü yazanların olduğunu deyib:
"Haqqımda ölüm xəbəri çıxdı. Sonra cinsiyyətimi dəyişdirdiyimi dedilər. 35 ildən çoxdur sənətdəyəm. O qədər xəbər yazılıb ki... Xərçəng olduğum deyildi, yalandır. Ayağımda problem oldu, xəstəxanaya getdim. Onu görən yazdı xərçəngdir".