top
“İrəlilə və yeniliklərə açıq ol” - 20-27 yanvar tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU
19 yanvar 2025, 10:00
- ↺ +

“İrəlilə və yeniliklərə açıq ol” - 20-27 yanvar tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ulduzlara görə bu həftə həyatın hər sahəsində fərqli perspektivlər və qərarlar ön plana çıxacaq, amma ən vacib olanı, daxili səsinizi dinləyərək öz yolunuzu tapmaqdır.

Yanvarın 20-dən 27-nə qədər bütün bürclər üçün ətraflı ulduz falını təqdim edirik:

Qoç

Qarşınızdakı dağları aşmağa hazırsınız. Ancaq küləklə mübarizə edərkən, bəzən yolların böyüklüyü sizi çaşdıra bilər. Bu həftə, düşmənləriniz deyil, öz şübhələrinizlə üzləşəcəksiniz. İrəliləmək istəyirsiniz, amma düşünün ki, doğru yolda hər addımın qiyməti var. Yavaşlayın və hər hərəkətinizi ölçün.

Uğurlu gününüz – 22 və 24 yanvar

Uğursuz gününüz – 21 yanvar

Buğa

Həyatınızda yeni mərhələ başlayır. Unutmayın ki, ən gözəl güllər öz vaxtında çiçəklənir. Bu həftə bəzən ətrafınızdakı insanların təzyiqləri ilə sınanacaqsınız. Ürəyinizin səsini dinləyin və uğura aparan yolda inamla addımlayın. Zamanın sükutunda yetişən uğurlar sizi təravətli bir meh kimi oxşayacaq.

Uğurlu gününüz – 22 və 26 yanvar

Uğursuz gününüz – 23 yanvar

Əkizlər

Ətrafınızdakı insanlar və mühit həyatınıza yeni rənglər qatacaq. Bəzən nə düşündüyünüzdən daha çox necə hiss etdiyiniz sizin üçün önəmli olacaq. Həyatın bu sürətli axışında özünüzü itirməmək üçün bir az yavaşlayın və hər addımınızı diqqətlə atın. İstədiyiniz şeyləri əldə etmək üçün səbirsizlənməyin, hər şey öz axarında davam edir və sizin olan mütləq sizə gələcək.

Uğurlu gününüz – 22 və 26 yanvar

Uğursuz gününüz – 24 yanvar

Xərçəng

İçinizdəki dəniz bəzən sakit, bəzən isə tufanlı ola bilər. Bu həftə, qayalar üzərində dalğaların çırpılması kimi, xarici təsirlərə məruz qala bilərsiniz. Çalışın içinizdə qopan fırtınalara yox, məntiqinizə güvənin. Özünüzü sorğulamaqdan qorxmayın. Çünki hər bir daxili səyahət gözlənilməz sərgüzəştlərə gətirib çıxara bilər.

Uğurlu gününüz – 24 və 26 yanvar

Uğursuz gününüz – 22 yanvar

Şir

Düşünün ki, siz bir şahın sarayında oturmusuz və taxtınızın ətrafında çoxlu seçimlər var. Bu həftə atacağınız addımları diqqətlə seçmək zamanıdır. Düşüncələrinizin hər biri içinizdəki gücü sərbəst buraxacaq. Bəzi qərarlarınız sarayın pilləkənlərində böyük dəyişikliklərə yol aça bilər. Odur ki, bu həftə məsuliyyətli qərarlar sizi gözləyir.

Uğurlu gününüz – 21 və 25 yanvar

Uğursuz gününüz – 20 yanvar

Qız

Göy üzündəki buludlar kimi, siz də müxtəlif düşüncələrlə dolusunuz. Həftəniz bir az qarışıq keçə bilər, çox pul xərcləməməyə diqqət edin. Həyatınız son zamanlar bir rutindən asılı vəziyyətə düşüb, çalışın sizə hüzur verən şeylərin qədrini biləsiz. Öz nəğmənizi tapın və həyatın melodiyasına uyğun addımlar atın.

Uğurlu gününüz – 23 və 26 yanvar

Uğursuz gününüz – 22 yanvar

Tərəzi

Bir rəssamın fırçası ilə çəkdiyi şəkil kimi, bu həftə sizin həyatınızda harmoniya yaratma vaxtıdır. Bu dövr sizin tarazlığınızı tapmağa imkan verəcək, lakin hər seçim bir əks-səda doğuracaq. “Qızıl orta”nı tapmaq həm özünüzə, həm də başqalarına qarşı ədalətli olmaq daha yaxşı hiss etməyinizə kömək olacaq. Fəqət unutmamalısınız ki, həyatın rəngləri hər zaman sabit deyil.

Uğurlu gününüz – 24 və 26 yanvar

Uğursuz gününüz – 23 yanvar

Əqrəb

Bu həftə ətrafınızda baş verənlərə çox fikir verməyin. Kefinizin pozulması gördüyünüz işə mənfi təsir göstərə bilər. Ətrafınızda sevdiyiniz birinin sizə ehtiyacı ola bilər, ona dəstək olmaq mənəvi boşluğunuzu doldurmağa kömək edəcək. Özünüzü labirintdə azmış kimi hiss edirsiniz, qorxmayın, hər küncdə özünüzü daha çox tanıyacaqsınız.

Uğurlu gününüz – 22 və 24 yanvar

Uğursuz gününüz – 21 yanvar

Oxatan

Bir dağın zirvəsinə doğru dırmaşan qəhrəman kimi siz yüksək hədəflərinizə doğru irəliləyirsiniz. Bu yolda sizi gözləyən daşlar və qayalar irəliləyərkən sürətinizə mane ola bilər. Çətinliklərə baxmayaraq gülümsəyərək irəliləyin. Hər zərbə sizi daha da gücləndirəcək və zirvəyə çatmağınıza bir addım daha yaxınlaşacaqsınız.

Uğurlu gününüz – 21 və 26 yanvar

Uğursuz gününüz – 24 yanvar

Oğlaq

Köhnə kitabın səhifələrini çevirən alim kimi bu həftə həyatınızda əvvəlki təcrübələrə nəzər yetirərək gələcəyinizi qurursunuz. Hər səhifə yeni bir dərs, yeni bir uğur gətirir. Hər qərarınızın əks-sədası olacaq, amma bu səyahətinizdə hər addımın dəyəri çox böyükdür. Başladığınız yolda dayanmadan irəliləyin.

Uğurlu gününüz – 25 və 26 yanvar

Uğursuz gününüz – 22 yanvar

Dolça

Həyatınızda dəyişikliklərə yer açmaq üçün əvvəlki düşüncələri bir kənara qoymağa çalışın. İş həyatında və ya şəxsi layihələrdə fərqli yollar axtarmağı sevsəniz də, bu dəfə bir az daha intizamlı və planlı olmaq sizə daha çox fayda gətirəcək. Hədəflərinizi müəyyən etmək və sistemli şəkildə irəliləməkdə davam edin.

Uğurlu gününüz – 22 və 26 yanvar

Uğursuz gününüz – 23 yanvar

Balıqlar

Bu həftə özünüzü yaradıcı sahələrdə ifadə etmək, hobbilərinizə zaman ayırmaq və ruhunuza dinclik gətirən fəaliyyətlərdə iştirak etmək sizin üçün faydalı olacaq. İş və karyerada isə həftənin əvvəlində bir az çətinliklər yaşaya bilərsiniz. Amma qəlbinizdəki intuitiv güc sizə doğru istiqamətləri göstərəcək. İncə düşüncələr və ideyalar uğurlu nəticələr əldə etməyinizə kömək edəcək.

Uğurlu gününüz – 21 və 24 yanvar

Uğursuz gününüz – 26 yanvar

 

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 17:34

"Qarabağ"da gözlənilməz ayrılıq

Aktual Xəbərlər
Dünən, 17:17

Bakıda küləkli hava gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 16:27

Magistral yollarda görünüş məsafəsi ilə bağlı XƏBƏRDARLIQ

Xəbər
Dünən, 15:24

Ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən tələbələrə Prezident təqaüdü verildi

Xəbər
Dünən, 15:00

Siqaret çəkənlərin sayına görə Azərbaycan dünyada neçənci yerdədir?

Xəbər
Dünən, 14:38

MMC direktoru məhkəmə qərarını icra etmədi – Bank hesablarına həbs qoyuldu

Xəbər
Dünən, 14:24

Evini kirayə verənlər nələri bilməlidir? - YENİ QAYDALAR

Xəbər
Dünən, 13:49

Ölkədə ətin qiyməti bahalaşdı

Xəbər
Dünən, 13:34

Xarici vətəndaşlara Azərbaycanda 7,3 milyon manat ƏDV qaytarılıb

Xəbər
Dünən, 13:26

Sabah hava necə olacaq?

Aktual Xəbərlər
Dünən, 13:04

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Aktual Xəbərlər
Dünən, 12:29

Bu ay Azərbaycanda meteor yağışı müşahidə edilə bilər

Xəbər
Dünən, 12:01

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - SİYAHI

Xəbər
Dünən, 11:51

Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi

Aktual Xəbərlər
Dünən, 11:26

Bakıda milyonluq mənzillər: onları bu qədər bahalı edən nədir?

Xəbər
Dünən, 10:00

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

Xəbər
11 oktyabr 2026, 21:00

12-18 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
10 oktyabr 2026, 17:18

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Xəbər
10 oktyabr 2026, 16:24

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Xəbər
10 oktyabr 2026, 14:54

Bakıda müştəri 600 qram araq içib kafe sahibini BIÇAQLADI

Xəbər
10 oktyabr 2026, 13:30

Başqa qadınla yazışmaq 1500 manata başa gəldi

Xəbər
10 oktyabr 2026, 12:22

Qızı qətlə yetirildi, oğlu xərçəngdən öldü – Xalq artistinin anım günüdür

Xəbər
10 oktyabr 2026, 11:08

İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM

Xəbər
10 oktyabr 2026, 10:26

Banklar bu şəxslərə kredit verməyəcək

Oxşar xəbərlər