Aktrisa Suğra Bağırzadə filmlərimizin sevilən simasıdır. Ancaq çoxdandır ki, aktrisanı yeni filmlərdə görmürük.
S.Bağırzadə deyir ki, təkliflər gəlsə də, onu qane etmir. Aktrisa bu barədə ATV-yə müsahibəsi zamanı danışıb.
“Əlbəttə ki, müraciət edirlər. Hərdən olur ki, rejissorlarla sözüm düz gəlmir. Söhbət düşəndə anlayıram ki, mən bu insanla işləyə bilməyəcəm. Elə yaşdayam ki, işlə məşğul oluramsa, fikrim işdə olmalıdır”, - deyə aktrisa bildirib.
Ətraflı süjetdə: