top
Məşhur müğənniləri gətirmək adı ilə pul mənimsəyən şirkət hansıdır? 
18 aprel 2025, 06:44
- ↺ +

Məşhur müğənniləri gətirmək adı ilə pul mənimsəyən şirkət hansıdır? 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“CAS GROUP” MMC şirkəti xarici müğənnilərin Azərbaycanda konsertini təşkil etmək adı ilə bizim və bir çox fiziki şəxslərin pulunu mənimsəyib”.

Bu şikayətlə qafqazinfo.az-a “AVIA RISE” MMC turizm şirkəti tərəfindən müraciət daxil olub.

Şirkət nümayəndəsinin iddiasına görə, “CAS GROUP” MMC populyar xarici müğənnilərin Bakıda və digər ölkələrdə konsertini təşkil etmək adı altında onlara 21 min 888 manat məbləğində ziyan vurub: “CAS GROUP” MMC-nin nümayəndəsi kimi bizimlə bütün danışıqları Fatimə İmanzadə adlı şəxs aparıb. O, şirkətin təsisçisi və direktoru Amil Hacıyevin adından ölkəmizdə konsertini təşkil edəcəkləri əcnəbi müğənnilərin aviabilet xərclərinin alınması və qonaqlama xidmətinin göstərilməsi üçün bizim turizm şirkəti ilə müqavilə bağlayıb. Onlar bizə 57 min manatın 35 min manatını ödəsə də, 2024-cü ilin iyun ayından məbləğin 21 min 888 manatını ödəməkdən boyun qaçırırlar.

“AVIA RISE” MMC-nin müraciətində bildirilib ki, sözügedən şirkət tərəfindən bir çox digər fiziki şəxsin də pulu mənimsənilib: “Onlar populyar rus və türk müğənnilərin ölkəmizdə konsertinin təşkilatçılığı adı altında daha iki fiziki şəxsi də aldadaraq onlarla bağladıqları investor müqaviləsini kobud şəkildə pozublar. “CAS GROUP” MMC ümumi olaraq hüquqi və fiziki şəxsləri aldadaraq onlara  210 min manat zərər vurub. Fatimə İmanzadə müqavilə bağladığı şəxsləri aldadaraq konsertin təşkilindən əldə edəcəyi puldan onların borcunu ödəyəcəyinə və əlavə qazanc əldə edəcəklərinə inandırıb.

Amma sonra onun yalan vəd verdiyi, adlarını çəkdiyi bəzi müğənnilərin, ümumiyyətlə, ölkəmizdə konsertini təşkil etmədiyi məlum olub. Belə ki, 2024-cü ilin iyunun 7-də Türkiyənin tanınmış sənətçisi  Sefonun konserti “Elektra Hall” konsert zalında (indiki adi ile Jolly&Joker) baş  tutsa da, borc verənlərə heç bir vəsait ödənilməyib. Eyni plan üzrə ötən ilin iyulun 14-də “Elektra Hall”da rus sənətçisi GUF-un konsertini təşkil etsələr də, konsert adı altında borc alınan şəxslərin pulu geri verilməyib”.

Şikayətdə bir çox konsertlərin təşkilində də eyni halların yaşandığı bildirilir: “Ötən il oktyabrın 29-da türk sənətçisi MURDA-nın Özbəkistanın paytaxtında yerləşən “Sport Kompleks Unusadab”da konsertini keçirəcəklərinə dair müqavilə bağlayıb, investordan bu məqsədlə pul alsalar da, konserti təşkil etməyiblər. Müğənni ilə əlaqə saxladıqda bildirildi ki, təşkilatçı Fatimə və Amil tərəfindən onlara konsert üçün heç bir məbləğ ödənilməyib. Bir ilə yaxındır ki, Fatimə İmanzadə konsert təşkilatçılığı üçün pul aldıqları hüquqi və fiziki şəxslərə müxtəlif bəhanələr gətirərək məsuliyyəti öz üzərindən atır, maliyyə məsələlərinə Amil Hacıyevin məsul olduğunu söyləyir”.

Qeyd edilib ki, şirkətlərin ikitərəfli müqavilələri olduğu üçün onların bu əməli dələduzluq kimi qiymətləndirilməyib: “Bundan sonra biz məhkəməyə müraciət etməli olduq. Fatimə İmanzadə və Amil Hacıyev barədə məhkəməyə şikayət etsək də, indi də onlar başqa şəxslərin adına şirkət təsis edərək konsert təşil etməkdə davam edirlər.

Hətta Fatimə İmanzadə mayın 11-də CAKAL&EBO adlı, iyunun 8-də isə BLOK 3 adlı türk sənətçilərinin Bakıda konsertlərinin təşkili ilə bağlı öz sosial şəbəkə hesablarında paylaşımlar edir. Onların bu qanunazidd əməllərinin qarşısı alınmasa, qurbanların sayı daha da artacaq”.

İddialarda adı keçən tərəf Fatimə İmanzadə ilə əlaqə saxlanılıb. Şirkətin əməkdaşı olduğu deyilən qadın bildirib ki, o, “CAS Group” MMC-nin nə təsisçisi, nə direktoru, nə də əməkdaşıdır: “Mənim hər hansı şəxslə borc və ya investisiya müqaviləm olmayıb. Şikayət edən şəxslər kimi mən də ittiham olunan adamla sadəcə müəyyən müddət iş görmüşəm, lakin bu məsələlərlə heç bir bağlantım yoxdur. Hətta heç bir rəsmi hüququ prosedurlarda da yer almamışam. İttiham olunan tərəf sadəcə “CAS Group” MMC-dir. Onun təsisçisi isə Amil Hacıyevdir”.

Amil Hacıyevin mövqeyini öyrənmək cəhdləri isə nəticəsiz qalıb. Çünki “CAS GROUP” MMC şirkətinin adına heç bir sosial platforma və ya rəsmi sayt mövcud deyil. A.Hacıyevə məxsus olduğu deyilən sosial şəbəkə hesabına göndərdiyimiz suallarımız isə cavablandırılmadı.

GUF

SEFO

 

 

 

 

 

 

 

MURDA

CAKAL&EBO

BLOK 3

 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər