top
Məşhur vizajist: Uşağım Nəbatət Bağında zəhərlənib - İDDİA
Foto
08 avqust 2025, 15:52
- ↺ +

Məşhur vizajist: "Uşağım Nəbatət Bağında zəhərlənib" - İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının məşhur istirahət məkanlarından biri olan Mərkəzi Nəbatat Bağı ilə bağlı daha bir iddia yayılıb.

Bakuplus.az-ın məlumatına görə, tanınmış "make up" ustası Məhbubə Məmmədli şəxsi sosial şəbəkə hesabında qızı və başqa bir neçə uşağın bağda zəhərləndiyini bildirib.

Onun sözlərinə görə, uşaqlar bağın piknik ərazisində olarkən dərman maddələrinin təsirinə məruz qalıb, ərazinin dərmanlı olması barədə isə əvvəlcədən heç bir xəbərdarlıq edilməyib:

"Oradakı piknik bölgəsində dərmanlama işləri getdiyi halda heç bir məlumat yazısı yox idi. Vəziyyət o qədər ağırdır ki, dərmanlar təsir etmir, uşaqlar sağala bilmir. Bu, biabırçılıqdır. Uşaqlar ölə bilərdi!" –  M.Məmmədli deyib.

Mərkəzi Nəbatat Bağının rəsmi səhifəsində isə bildirilib ki, ümumi dezinfeksiya işləri aparıldığı üçün piknik sahəsi müvəqqəti olaraq bağlanıb. Zərərçəkmiş uşaqların valideynlərinin sözlərinə görə isə bu məlumat çox gec və hadisədən sonra paylaşılıb.

"Heç olmasa hansı dərman olduğunu paylaşın ki, uşaqları düzgün müalicə edə bilək. Həkimlər hələ də anlaya bilmir nə olduğunu. Qanda allergiya miqdarı çox yüksək çıxıb. 10 gündür ağır dərmanlarla belə sağalma çox çətin gedir", - deyə vizajist əlavə edib

Məsələni aydınlaşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bağ ərazisində cari işlər çərçivəsində ağaclarda yayıla biləcək müxtəlif xəstəliklər, inseksid və funqisidlərə qarşı mütamadi olaraq dezinfeksiya işləri aparılmaqdadır:

"Ancaq onu da qeyd edək ki, istifadə olunan dezinfeksiya məhlullarının insan sağlamlığına heç bir zərəri yoxdur".

Qeyd edək ki, ötən həftə Nəbatət Bağı azyaşlını ilan sancması xəbəri ilə gündəmə gəlmişdi. 

 

 

Son xəbərlər

Xəbər
Dünən, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Dünən, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Dünən, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Dünən, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Dünən, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Dünən, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Dünən, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Dünən, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Dünən, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
21 oktyabr 2026, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
21 oktyabr 2026, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
21 oktyabr 2026, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Xəbər
21 oktyabr 2026, 15:33

Bakıda 19 evi olan sabiq məmur - 100 milyonluq sərvət...

Xəbər
21 oktyabr 2026, 14:20

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

Siyasət
21 oktyabr 2026, 13:40

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI

Xəbər
21 oktyabr 2026, 13:12

16 yaşdan kiçiklərə sosial şəbəkələrdə hesab açmaq qadağan edilir

Aktual Xəbərlər
21 oktyabr 2026, 13:02

Sabiq idarə rəisi və sektor müdiri üçün 12 il həbs cəzası tələb olundu

Aktual Xəbərlər
21 oktyabr 2026, 12:54

Abşeronda dava: usta ev sahibini bıçaqladı

Xəbər
21 oktyabr 2026, 12:20

Azərbaycanda məktəblərdə "TikTok"a giriş qadağa edilib

Xəbər
21 oktyabr 2026, 11:04

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs olunub

Oxşar xəbərlər