top
Müğənni Elnarə Xəlilova: “Bayağılığın televiziyalara daşınmasına imkan verməməlidirlər” – ÖZƏL MÜSAHİBƏ
31 yanvar 2025, 07:00
- +

Müğənni Elnarə Xəlilova: “Bayağılığın televiziyalara daşınmasına imkan verməməlidirlər” – ÖZƏL MÜSAHİBƏ

“Solo konserti artıq dörd ildir ki, təxirə salıram. Hər il yeni afişa hazırlatdırırıq və məşqlərə başlayırıq, ancaq heç cür alındıra bilmirik. Konsert salonlarından birinə verdiyim beh də batıb. Hər nə isə, xeyirlisi. Nə vaxt olar, olar”.

Bu sözləri Bakuplus.az-a müsahibəsində müğənni Elnarə Xəlilova deyib.

Müsahibəni təqdim edirik:

- Uzun müddətdir televiziya efirlərində çox az görünürsünüz. Buna səbəb nədir? Televiziyalardanmı narazısınız?

- Son bir ayda bəlkə də o kanal, veriliş qalmayıb ki, biz orada iştirak etməyək. Sadəcə layihələrlə bağlı çıxışlar edirik. “Yeni il” aktual mövzu idi, onu da necə lazımdırsa, işlədik. Bir özüm üçün, bir də “El” yaradıcılıq mərkəzi üçün layihə hazırlamışıq.

Demək olar, bütün kanallarda hamının gözünü “mazol” etmişik. İndi də Novruzun çərşənbələrini gözləyirəm. Bunun üçün də layihələr hazırlanır. İnşallah fevralın 25-dən bayrama kimi bir daha gözlərinizi “mazol” etmək fikrimiz var (gülür).

- Artıq 2025-ci ilin ilk ayını bitirmək üzrəyik. 2024-cü il sizə görə necə keçdi? Yaradıcılığınızda nə kimi yeniliklər oldu? Yeni ilə partlayış gətirəcək eksklüziv layihələr varmı?

- Son 6 ilin hər ilində olduğu kimi 2024-cü ildə də hər ay bir layihə çıxardıq və mənə görə çox məhsuldar il oldu. Yanvarda “Məhəbbət payım” minor versiya, apreldə “Zəfərin imzası”, mayda reper Buzzz-la “Hype”, iyunda “Kukla”, avqustda “Günəbaxan” və dekabr ayında iki “Yeni il” klipi çəkildi. Yəqin ki, bu ilin sonu da ən az ötən ilimiz kimi məhsuldar gələr.

- Solo konsert və klip düşünürsünüzmü?

- Solo konserti artıq dörd ildir ki, təxirə salıram. Hər il yeni afişa hazırlatdırırıq və məşqlərə başlayırıq, ancaq heç cür alındıra bilmirik. Dörd il öncə konsert salonlarından birinə verdiyim beh də artıq batıb. Hər nə isə, xeyirlisi. Nə vaxt olar, olar. Özümü buna görə stressə salmayacağam. Kliplər isə eyni qaydadadır. İlk klip yanvarın 1-də yayımlandı. Növbəti layihə yanvarın 31-də yayımlanacaq. Gördüyünüz kimi, mənə artıq bir ay yetmir. Məcbur aya iki layihə edirəm. İş çoxdur.

- Uşaq yaşlarından musiqiyə marağınız olub.  İllər öncəki Elnarə Xəlilova ilə indiki Elnarə Xəlilova arasında fərq varmı?

- Təbii ki, illər öncəki Elnarə ilə indiki Elnarə arasında yerlə göy qədər fərq var. İstər inkişaf, istər dünyagörüşü, istər musiqi zövqü, istər savad, istərsə də vizyon baxımından. Sadəcə bu, nəticədə yenə də zövq məsələsidir. Misal üçün, mən öz bəyəndiyim musiqini başqasına təlqin edə bilmərəm, uzağı təbliğ edə bilərəm. İstəyən dinləyər, istəməyən yox.

- Gənc estrada ifaçılarından kimləri dinləyirsiniz? Gənclərə ümidiniz varmı? Gələcəkdə sizcə, nümunəvi estrada müğənnisi ola biləcəklərmi?

- Gənc ifaçılarımızdan “El” yaradıcılıq mərkəzinin üzvlərini dinləyirəm. İndiki gənclərlə ayaqlaşmaq, əslində, o qədər də asan deyil. Çünki onlar Z nəslinin nümayəndələridir. Bununla yanaşı, hər zaman olduğu kimi, nəsillər arasında təbii ki, konflikt yaşanmaqdadır.

Çünki onlara hər zaman elə gəlir ki, hər şeyin ən yaxşısını və düzünü edirlər, ancaq bəzən daha yaşlı və təcrübəli bir musiqi direktorunun olmasına həqiqətən də ehtiyac duyulur. Özəlliklə mahnı mətnləri, obraz seçimləri, ifa tərzləri, musiqi janrları və görüntüləri sahəsində. İndiki gənc ifaçılarımızdan bircə təvəqqem var. Çox xahiş edirəm, Azərbaycan xalq və klassik bəstəkar mahnılarını öz bildikləri kimi korlamasınlar. Mütləq şəkildə dünya musiqisindən başı çıxan mütəxəssislə məsləhət etsinlər.

- Yəqin ki müşahidə edirsiniz, indi sosial şəbəkə ilə məşhurlaşan müğənnilər daha çoxdur. Bayağı mahnıları ilə məşhurlaşıb, toylara gedirlər. Müğənnilər nə üçün ancaq toya getməyi, bunu biznesə çevirib pul qazanmağı düşünür?

- Bu tək indi yox, həmişə belə olub. Bayağı ifaçı 30 il bundan öncə də var idi. Onda da toylara gedirdi. Sadəcə, onda sosial şəbəkələr yox idi. Bunu işıqlandıra bilmirdilər.

İndi artıq hər şey göz qabağındadır, ancaq bu heç də o demək deyil ki, bu yaxşıdır və yaxud da elə belə də olmalıdır. Bu, sadəcə ifaçının seçimidir. Buna görə də onu heç kəs qınaya bilməz. Ancaq musiqi və mədəniyyətimiz, həmçinin onların yayımı ilə bağlı müəyyən qərarlar vermək iqtidarında olan qurumlar var, təbii ki onlar bayağılığın televiziyalara qədər daşınmasına imkan verməməlidirlər.

Belə ki, radiolarda siz bir dənə bayağı mahnı eşidə bilməzsiniz. Televiziyalarda ifaçılar qarşısında reqlamentlər qoyulmalıdır. Hər kəsə mümkün janr, keyfiyyət və format nümunəsi göstərilməli, izah edilməli və tələb olunmalıdır ki, get, bu qaydada mahnı yazdır, səni efirimizə buraxaq. Ancaq nə yazıq ki, hələ bunu edə bilməmişik. İnşallah bu da düzələr.

- Siz müxtəlif janrlarda ifalar etmisiniz. Bu il hansısa reperlə duetiniz gözlənilə bilər?

- Bu il çox başqa olacaq. Müxtəlif səslərlə qarşınıza çıxacağam. 31 yanvarda işıq üzü görəcək layihə canlı orkestrlə və canlı səs yazısıdır. Səs hər biri ayrı-ayrı kanallara yazılmaqla canlı rejimdə yazılıb və “master” olunub.

Səsimin həyəcanlı titrəyişlərindən də hiss etmək olur ki, ifa canlıdır. Özümü bu cür həm sınamaq, həm də digərlərindən fərqləndirmək istədim. Studiyada səs yazdırıb, fonoqram oxumağa nə var ki?! Canlı ifa başqa şeydir. O ki qaldı reperlərə, gələn ay nə az, nə də çox - düz üç duet işıq üzü görəcək. Onlardan ikisi reper Buz və İlkin ilə, sonuncu isə bəstəkar və pianoçu Bəbir Bəbirli ilə olacaq.

- “El” yaradıcılıq mərkəzi haqqında danışmağınızı istərdim.

- “El” yaradıcılıq mərkəzi artıq fəaliyyətinin 7-ci ilindədir. Son layihələrimizdən üzvlərimizdən ən gənci Şahbaz Alinin ifa etdiyi, musiqi müəllifi olduğum “Azərbaycan” və “Sevəcək” mahnılarımın adlarını çəkə bilərəm. “Youtube”də klipləri də var. Bundan başqa, ötən il üzvlərimizdən Piri Əliyevin “Axtar” və “Dön gəl” parçalarının da adlarını çəkə bilərəm ki, sonuncunun həm musiqi, həm də klipinin ideya müəllifi mənəm. Daha sonra, üzvlərimiz arasında Bülbül adına orta ixtisas musiqi məktəbi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu, eyni zamanda jurnalist kimi fəaliyyət göstərən Vüqar Kamiloğlu da var ki, ötən il onun üçün də bir ifaçı kimi kifayət qədər məhsuldar keçdi. Belə ki, o da öz növbəsində digər üzvlərimiz kimi ard-arda maraqlı və kifayət qədər yadda qalan layihələr etdi ki, onlardan “Yaxşı ki” adlı parçanın söz və musiqi müəllifi də mənəm. Üzvlərimizdən Firdovsi də ötən il “Sevən qəlb” adlı yeni trekini çıxardı. Əslində, @elyaradiciliqmerkezi adlı “Instagram” səhifəmizdə “El Top” adlı onluqda uşaqların il ərzində gördüyü 10 işlə yaxından tanış ola bilərsiniz ki, onların arasında 11 yaşlı İbrahim Ayaz və “Sirr” adlı layihəmiz də var.

- Sizin “Məhəbbət payım” ifanız hər kəs tərəfindən sevilmişdi. Sizə görə yaradıcılığınızda ən uğurlu ifa hansı olub?

- Mənə görə “Məhəbbət payım” birmənalı hitdir. Ancaq onunla yanaşı “De”, “Pəncərəndə”, “Ay qız, oyan, “Uzaqlara”, “Ayrıldıq”, “Lay-lay”, “Səni arzularam”, “Təlqin”, “Eşq ilə boyan”, “Səndən ötəri”, “Sevgi fəslim”, “Səndən sonra”, “Darıxsan”, “Məhəbbət başlar”, “İnanıram”, “Qatarlar”, “Günəbaxan” və bu qəbildən olan mahnıların əksəriyyəti hitdir.

- Sizcə, musiqiçilər üçün musiqi təhsili əsasdırmı?

-  Musiqiçilər üçün bəli, vacibdir. Ancaq musiqiçi olmayan da kifayət qədər istedadlı və yaradıcı ifaçılarımız var.

- Özünüzü şou-biznesdə görürsünüzmü?

- Elnarə Xəlilova bu gün daha çox incəsənətdədir, nəinki şou-biznesdə. İl başlayandan istər Heydər Əliyev Fondu tərəfindən Gülüstan sarayında kimsəsiz və məhdudiyyətli uşaqlar üçün hər il ənənəvi şəkildə keçirilən Yeni il şənliyində, istər “Binə” atçılıq mərkəzində hər il keçirilən beynəlxalq at yarışlarının bədii hissəsində, istərsə də İdman və Gənclər Nazirliyinin bu yaxınlarda keçirdiyi “İlin idman yekunları” adlı qala gecəsində xüsusi qonaq qismində dəvət olunmağım və səhnə almağım buna əyani sübutdur.

- Dörd övladınız var. Bəziləri sənətinə və ya işinə görə ailə həyatı qurmur. Düşünür ki, hər ikisini tənzimləyə bilməz. Bu barədə nə deyə bilərsiniz? Nə zamansa işinizə mane olubmu? Ümumiyyətlə, peşman olmusunuzmu?

- Allah hamının ailəsini, övladlarını, doğmalarını və əzizlərini qorusun. Ailəm və övladlarım mənim baş tacımdır. Dünyada elə bir naz-nemət yoxdur ki, onu övlad ilə əvəzləyə. Odur ki, nəinki peşman olmaq, hər keçən gün Allahıma mənə verdiklərinə görə nə qədər də təşəkkür etsəm, azdır. O ki qaldı gənclərimizin ailə qurmaqlarına - qorxmasınlar. Ruzini də Allah verir. Ancaq Allah deyir səndən hərəkət, məndən bərəkət. Odur ki, boş dayanmasınlar. Zəhmət çəksinlər. Çünki Allah heç bir əziyyəti heç vaxt yerdə qoymur.

- Övladlarınızdan musiqiyə marağı olan varmı?

- Uşaqların hamısı yüksək səviyyədə musiqi duyumludurlar. Gözəl rəqs edir, söz yazır və mahnı oxuyurlar.

- Sonda gənclərə nə tövsiyə verərdiniz?

- Gənclər bizim gələcəyimizdir. İlk növbədə onların özlərinə, sonra da onların böyüklərinə və valideynlərinə Allahdan möhkəm can sağlığı, səbir və dözüm arzulayıram. Qarşıdan süni intellekt əsri gəlir. Deyilənlərə görə, insan əməyi artıq az lazım olmağa başlayacaq. Odur ki, heç bir halda ruhdan düşməsinlər, ali təhsillə yanaşı, mütləq şəkildə bir sənət də öyrənsinlər.

Nəzrin Vahid 

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 18:00

Beşinci övladını evdə dünyaya gətirdi

Nəsimi
Dünən, 17:35

13-cü mərtəbədəki mənzil problem yaradır - Sakinlər məhkəmə qərarından şikayətçidir

Xəbər
Dünən, 17:18

Mağazada əşya sındıran şəxs ödəniş etməyə məcburdur? – CAVAB

Aktual Xəbərlər
Dünən, 17:15

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluq halları artıb

Aktual Xəbərlər
Dünən, 16:15

Abşeronda dirəksiz qalan elektrik xətləri - Hər an FACİƏ BAŞ VERƏ BİLƏR + FOTO

Xəbər
Dünən, 15:51

Ev tikmək istəyənlərə ŞAD XƏBƏR: Tikinti materialları UCUZLAŞDI

Aktual Xəbərlər
Dünən, 15:15

Bakıda FACİƏ: Qadın dəm qazının qurbanı oldu

Aktual Xəbərlər
Dünən, 14:15

Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Aktual Xəbərlər
Dünən, 13:15

Güclü külək nəticəsində Bakıda neçə ağac aşıb?

Aktual Xəbərlər
Dünən, 12:15

Magistraturaya sənəd qəbulu başladı

Aktual Xəbərlər
Dünən, 11:41

Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...

Aktual Xəbərlər
Dünən, 11:15

Dəmir yolu nəqliyyatından istifadə edənlərin NƏZƏRİNƏ - Gecikmə ola bilər

Aktual Xəbərlər
Dünən, 10:15

Deputatlar məzuniyyətdən qayıdırlar

Aktual Xəbərlər
Dünən, 09:19

Xalq artisti Tofiq Kazımovun anadan olmasından 103 il ötür

Xəbər
13 yanvar 2026, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
13 yanvar 2026, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
13 yanvar 2026, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
13 yanvar 2026, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
13 yanvar 2026, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
13 yanvar 2026, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
13 yanvar 2026, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
13 yanvar 2026, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
13 yanvar 2026, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
13 yanvar 2026, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Oxşar xəbərlər