top
Müğənni Ruhəngiz Musəvi arxiv fotonun tarixindən danışdı - FOTO 
15 noyabr 2024, 01:48
- ↺ +

Müğənni Ruhəngiz Musəvi arxiv fotonun tarixindən danışdı - FOTO 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Mən o vaxtı Sədi Məmmədovla birlikdə toylara gedirdim. Azəri qızı Günelin atası klarnet ifaçısı, əmisi Sadiq isə nağaraçalan idi. Tunarı özləri ilə toya gətirirdilər, hərdənbir o da oxuyurdu. Bir dəfə də bir balaca qız gətirdilər. Güneli ilk dəfə onda gördüm. Bir dilli-dilavər qız idi ki. Günel sadəcə elə-belə gəlmişdi, oxumurdu. Sonra mənə dedilər ki, bilirsən bu qızın necə gözəl səsi var? 1-2 ildən sonra Güneli efirlərdə gördüm. Maşallah, həqiqətən də gözəl səsi var idi. O vaxtdan sonra nə el şənliyində, nə də ki, digər yerdə görüşmüşük. Həyatdır da. Heç bilərdim ki, bu qız illər sonra seviləcək, populyar olacaq?! Həmin şəkili paylaşanda heç kim onun Günel olduğunu bilmədi. Bir şey var ki, Günel üzünə artıq şeylər edib, çox nahaq. Onsuz da gözəl-göyçək qız idi, ehtiyacı yox idi. Bunu təkcə mən demirəm, hər kəs deyir. Gərək etməzdi”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Ruhəngiz Musəvi deyib. Tanınmış sənətkar daha sonra əlavə edib:

“Flora xanım heç vaxt pulla toylara getməyib. Yaxın qohumların, dostların toylarında əlbəttə ki, iştirak edib. Mənim qızımın toyunda, nəvəmin, öz ad günümdə hər zaman başda olub. Mən isə 40 il toylara getmişəm, amma indiki toylar məni heç açmır. Yalan nə deyim, daha toylara getmək istəmirəm, özümə sığışdırmıram gedim oxuyum. Gözüm toxdur. Gülağa Məmmədov, Qulu Əsgərov, Yaqub Məmmədov, Hüseynağa Hadıyev, Akif İslamzadə, Məmmədbağır Bağırzadə, Eyvaz Həsənovla toylarda olmuşam. Bu gün oturmuşam evimdə, efirlərə dəvət edirlər gedirəm. Arzulanan müğənni olmuşam. Həmişə də efirləri seçmişəm. Özümə hörmət etmişəm. Bir də efirdə bəzi müğənnilər elə mövzulara toxunur, elə şərait yaradırlar ki, kimsə onlara nəsə desin. Sən həmin mövzunu açandan sonra əlbəttə ki, aparıcı sənə nəsə deyəcək! İnsan efirdə də özünə hörmət edər. Hörmət etsən sənə elə suallar verməzlər. Efirlərə də elə sənətçilər lazımdır. Nə gəldi danışırlar ki, gündəmdə qalsınlar. Biz sənətin sənət olduğu illərdə bu sahəyə gəlmişik. Görün kimlərdən bəhrələnmişik?”

Ruhəngiz Musəvi bildirib ki, insanlar fonoqramla ifa edən müğənniləri toylara baha qiymətə dəvət edir.

“Əməkdar artistlər də, xalq artistləri də fonoqramla oxuyurlar. Maraqlısı burasındadır ki, canlı oxumaq üçün də eyni qiyməti istəyirlər, fonoqram ifa üçün də. Sənətkar hər janrda canlı oxumağı bacarmalıdır. Oralarını-buralarını açan kimi toyları da çoxalır. Mənim səsim də yerindədir, xarici görünüşüm də yerindədir, özümə görə sevilirəm də. Mən toya gedə bilərəm, amma yenə də istəmirəm. Tək mən deyiləm, bizim nəsil sənətkarların çoxu kənara çəkilib. Mən toya getmirəm, dövlətin təqaüdü, fəxri ada görə olan məvaciblə dolanıram. Amma yenə də acından ölmürəm. Lakin toya gedən də oturub verilişdə ağlayır, deyir ki, dolana bilmirəm. Sən illərin sənətkarısan, utanmırsan? Axı toylara, şou proqramlara gedirsən! Ehtiyacım olsa da heç vaxt toya getmərəm və çıxıb efirdə ağlamaram. Sənətçi özünə hörmət etməlidir”, - deyə Əməkdar artist bildirib.

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 14:41

Azərbaycanda gənc kişilər arasında ölüm göstəricisi qadınlardan iki dəfə çoxdur - Foto

Xəbər
Bu gün, 14:34

Tələbələr arasında dava: "Kişi deyilsən?" deyib komaya saldı

Xəbər
Bu gün, 13:20

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Aktual Xəbərlər
Bu gün, 13:07

İlham Əliyev: "Müharibə bizim seçimimiz olmayıb"

Aktual Xəbərlər
Bu gün, 12:14

"Rəqəmsal rabitə" informasiya sistemi yaradılıb - FƏRMAN

Xəbər
Bu gün, 11:54

Bakıda yük maşını yolda xarab oldu - Əsas prospektlərdən birini bağladı

Aktual Xəbərlər
Bu gün, 10:45

İstanbuldakı fırtına Bakıda da gözlənilir? - AÇIQLAMA

Aktual Xəbərlər
Bu gün, 09:38

Bakıda gənc oğlan bıçaqlandı

Xəbər
Bu gün, 09:25

Bakıda tozlu hava iki gün davam edəcək

Xəbər
Bu gün, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Xəbər
Bu gün, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Xəbər
Dünən, 17:24

Bakıda yeniyetmə futbol oynadığı zaman cinayət törətdi

Xəbər
Dünən, 17:00

Lavrov Bakıya gələcək

Siyasət
Dünən, 16:56

Şavkat Mirziyoyev Bakıya gəlir

Siyasət
Dünən, 16:40

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Xəbər
Dünən, 15:58

Azərbaycanlılar ən çox nəyə pul xərcləyirlər? – SİYAHI AÇIQLANDI

Xəbər
Dünən, 15:11

Bakıda ər arvadını kreditə görə döydü

Xəbər
Dünən, 13:48

Bakıda qonşular içki içib 30 manata görə dalaşdılar

Xəbər
Dünən, 13:05

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 12:02

"Bakı Ağac Emalı" ASC-də baş verən partlayışla bağlı yenidən kassasiya şikayəti verilib

Xəbər
Dünən, 11:54

Bakıda arvadını qətlə yetirən türkiyəli iş adamı MİRASDAN MƏHRUM EDİLDİ

Xəbər
Dünən, 11:38

AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb

Aktual Xəbərlər
Dünən, 10:16

Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Aktual Xəbərlər
Dünən, 09:46

AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə dələduzluq

Oxşar xəbərlər