top
Müğənni Tacir Şahmalıoğlu: “77 yaşında yalan danışmaq sənin ağ saçlarına yaraşmır axı”
29 yanvar 2025, 22:33
- ↺ +

Müğənni Tacir Şahmalıoğlu: “77 yaşında yalan danışmaq sənin ağ saçlarına yaraşmır axı”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayev açıqlaması ilə diqqət çəkib. “AStar” layihəsinə danışan bəstəkar müğənni Tacir Şahmalıoğlunun “Bayatı-Şiraz” mahnısını özünün bəstəsi kimi təqdim etməsinə etirazını bildirib. O, ifaçının bu hərəkətini qınayıb. Onun sözlərinə görə, Tacir qatıldığı bütün tədbirlərdə bu ifanı özünün bəstələdiyini bildirir.

“Tacir kimdir ki, “Bayatı-Şiraz”ın improvizasiyasını yazsın?” – deyə Murad Rzayev qeyd edib. Murad Rzayev Tacirin 6-7 yaşlarında sadəcə bu mahnını ifa etdiyini, lakin improvizasiya etmədiyini vurğulayıb.

Mövzu ilə bağlı medianews.az-a açıqlama verən tanınmış müğənni Tacir Şahmalıoğlu Murad Rzayevin verilişdə danışdıqlarının yalan olduğunu bildirib: “Dövlətimiz də çox gözəl görür ki, mən “Bayatı-Şiraz” ifamda can qoymuşam. O ki, qaldı Murad Rzayevin haqqımda söylədiklərinə, o, yaşlaşıb. Nə qədər istədim ki, bir söz deməyim amma bu çıxışından sonra danışmağa qərar verdim. Çünki o məni həmin verilişdə təhqir edib, ünvanıma lazımsız sözlər deyib. Mən “Bayatı-Şiraz”ın müəlliflik hüququnun sertifikatını almışam. Kənardan 100 söz-söhbət də olsa mənə təsir etməz. Murad Rzayev həmin verilişdə 95 faiz hər şeyi yalan danışır. O deyir ki, Tacir mənim yanıma o vaxt özü gəlib. Sənin başına, ağ saçlarına yaraşmır axı bu! 77 yaşında insan yalan danışar? Mən sənin yanına gələndə heç 6 yaşım tamam olmamışdı. 6 yaşı tamam olmayan bir uşaq dərnəyə necə gələ bilər? Bu dərəcədə absurd, haqsız və yalan danışmaq onun 77 yaşına yaraşmır. Elə deyir ki, 6 yaşında uşaq nə bilir ki, Betxoven kimdir? İmprovizə nədir? Mən həmin ifanı 11-12 yaşımda oxumuşam, 6 yaşımda yox”.

T.Şahmalıoğlu deyib ki, “Bayatı-Şiraz” 1976-cı ilin sonlarında yaranıb: “Ona qədər biz dünyanı gəzmişdik. Dirijor Niyazi, Tofiq Quliyev, Zeynəb Xanlarova, Həbib İsmayılov kimi sənətkarlarla bir səhnə bölüşürdük, onlardan tövsiyələr alırdıq. Mən 7 illik piano məktəbini oxumuşam. 11 yaşımda Çaykovskinin, Betxovenin, Fikrət Əmirovun əsərlərini ifa edirdim. 2 aydan bir Heydər Əliyev Sarayında konsertlər verirdik. Yüzlərlə ansambıllar görürdük, ariyalar eşidirdik. Həmin verilişdə bu şəxs çox yalanlar danışır. O danışır, amma fikirləşmir ki, dediklərində məntiq yoxdur. Bu insanın özü yalançıdır! Onun həyatı yalan-dolanla keçib. Körpə vaxtlarımdan onun yanında olmuşam. Cavanlığını da, orta yaşlarını da görmüşəm, qocalığını da siz görürsünüz! Bu qədər də yalan olmaz. Onu da efirə çıxarırlar, ağzına gələni danışır. O vaxt efir mədəniyyəti, etikası vardı. Hər kəs çıxıb efirə ağlı-başına danışa bilməzdi. İndi bizim efirlərimiz də biabırçı gündədir. Efirin qaydalarına riayyət etmək lazımdır”.

Tacir Şahmalıoğlu vurğulayıb ki, “Bayatı-Şiraz”ı özü yaradıb: “Bunu hamı bilir. Bir yalanı da budur ki, deyir mahnını bəstələyəndə başqalarına verdim oxusunlar, Tacirdə alındı. Bu da yalandır. Guya Arzu oxuyub, Arzuda alınmayıb. Əgər bu ifanı Arzu oxuyubsa, görüntüləri göstər, sübut et! 1975-ci ildə Arzu ansambla gəldi, 1976-cı ildə səsi batdığı üçün çıxıb getdi. “Bayatı-Şiraz” 1976-cı ildə yaranıb. Arzu necə oxuya bilərdi? Mən bu improvizəni Betxovenin əsərindən ilhamlanıb etmişəm. Bu istəyimi Murad Rzayevə deyəndə müəllim kimi mənə yol göstərib. Düşüncə də, bəstə də mənimdir. Bu insanın həyatında bir bəstəsi olub. O da Nüsrət Kəsəmənlinin sözlərini Zeynəb Xanlarovanın “Dünyanın xoşbəxti mənəm dünyada” mahnısının musiqisi üstündə oxuyub. O mahnı Zeynəb xanımındır. 1970-ci ildən rəhbəri olduğu “Qarabağ bülbülləri” ansamblı fəaliyyət göstərir. Artıq 2025-ci ildir. 2025-ci ilə qədər niyə bir “Bayatı-Şiraz” yaratmadın?! Yaradardın da! Yarada bilməz axı! Mənim kimi, məndən də gözəl səsli insanlar gəlib-getdi. “Bayatı-Şiraz” sənin idisə, niyə məndən sonra gələnlərin birinə öyrədə bilmədin?! Sən ən yaxşısı sus! Haqqıma girmə!”

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər