top
Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli –39 il əvvəl çəklimiş FOTOda daha kimlər var?
10 mart 2025, 00:20
- ↺ +

Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli –39 il əvvəl çəklimiş FOTOda daha kimlər var?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın sovet dövrü tarixi fotolarda və yaddaşlarda qalıb.

AzPost.info-nun təqdim etdiyi 1986-cı ildə çəkilmiş bir fotoda Azərbaycan SSR-in kommunist partiyasının siyasi elitası əks edilib.

Şəkildə Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini Artur Rəsizadə, Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Fuad Musayev, Şəki Şəhər Partiya Komitəsinin birinci katibi Hadı Rəcəbli, Bakı şəhəri Nəsimi rayonu partiya komitəsinin 1-ci katibi Afiyəddin Cəlilov, Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi Nurəddin Mustafayev, Azərbaycan KP MK-nin katibi Ramiz Mehdiyev, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi İsa Məmmədov, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Lidiya Rəsulova və digərləri əks edilib.

Foto mükafatlandırma mərasimindən sonra çəkilib.

Yeni rəhbər Mixail Qorbaçovun SSRİ-də başlatdığı yenidənqurma bir neçə ildən sonra siyasi elitada tam fərqli mənzərə yaratdı.

Bu proses sonda Sovet İttifaqının süqutu, müstəqil Azərbaycanın yaranması ilə yekunlaşdı.

Foto çəkdirənlərin isə ən müxtəlif tale yaşadılar.

Şəkildə ayaq üstə duranlardan 2-ci Artur Rəsizadə uzun illər Azərbaycanın Baş naziri postunu tutdu. 3-cü dayanan Fuad Musayev 90-ların siyasi dəyişiklərinin ağrılı prosesini yaşadı, AFFA-nın prezidenti oldu, oradan istefa verdi və ictimai-siyasi həyatı tərk elədi. Sırada 5-ci olan Hadi Rəcəbli də müstəqil Azərbaycanda siyasi karyerasını bərpa edə bildi. O, bir neçə dəfə Milli Məclisin deputatı mandatını daşıdı.

Afiyyədin Cəlilovun həyatı faciəvi bitdi. Milli Məclis Sədrinin birinci müavini postunu tutan Cəlilov 1994-cü ildə sui-qəsd nəticəsində öldürüldü. Oturanlardan 3-cüsü Nurəddin Mustafayev isə siyasi sistemdə yer ala bilmədi. Əvvəlcə “Ağrıdağ” Cəmiyyətinin lideri kimi siyasi karyera qurmağa cəhd etsə də bu baş tutmadı. 5-ci yerdə duran İsa Məmmədov da yeni Azərbaycanın siyasi həyatına dönə bilmədi. Onun da həyatı da faciəvi şəkildə qırıldı. 2007-ci ildə avtomobil qəzasında həlak oldu.

Fotoda əks olunan Lidiya Rəsulova müstəqil Azərbaycanda təhsil naziri oldu. 2012-ci ildə vəfat etdi.

Fotoda ən uzunömürlü siyasi karyeranı Ramiz Mehdiyev yaşadı. Sovet Azərbaycanının kommunist ideologiyasına cavabdeh olan Mehdiyev prinsiplərinə yad olan müstəqil Azərbaycanın siyasi elitasında yerini tuta bildi. 1995-ci ildən 2019-cu ilə qədər Azərbaycan siyasi idarəçiliyində mühüm postlar tutan Ramiz Mehdiyev daha sonra istefaya göndərildi.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər