Türkiyənin tanınmış aktyoru Engin Altan Düzyatan Bakıya gəlib.
Bakuplus.az xəbər verir ki, bununla bağlı o, şəxsi sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, aktyor “Instagram”ın hekayə bölümündə Qız qalasının şəklini paylaşıb.
Qeyd edək ki, sənətçinin Bakıya gəlmə səbəbi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıdır (COP29).
